İspaniya kubokunda bütün oyunlar təxirə salındı

İspaniya kubokunda bütün oyunlar təxirə salındı
DÜNYA FUTBOLU 3 Noyabr 2026 / 16:12 599
-  A +

İspaniyada noyabrın 3-nə nəzərdə tutulan Kral kuboku və qadınlar arasında İspaniya kubokunun bütün oyunlarını təxirə salıb.

QOL.az xəbər verir ki, bu barədə Kral Futbol Federasiyası (RFEF) məlumat yayıb.

Buna səbəb “Tenerife” klubunun hücumçusu Xesus de Miquelin vəfat etməsidir. İspaniya Sequndasının 12-ci turunda “Andorra” ilə qarşılaşma zamanı rəqib qapıçsı ilə toqquşan futbolçunun ürəyi dayanıb.  O, noyabrın 3-də xəstəxanada vəfat edib.

RFEF-in açıqlamasında qərarın mərhum futbolçuya hörmət və həmrəylik əlaməti olaraq qəbul edildiyi bildirilib.


Qarabağ FK
Son xəbərlər
topaz banner