"Çempionlar Liqasını qazanmaq üçün hər şeyimiz var"

"Çempionlar Liqasını qazanmaq üçün hər şeyimiz var"
DÜNYA FUTBOLU 2 Noyabr 2026 / 19:16 379
-  A +

“Barselona”nın baş məşqçisi Hans Diter Flik PSJ (2:4) və “Real”a (1:2) məğlubiyyətlərdən sonra ünvanına səslənən tənqidlərə münasibət bildirib.

QOL.az xəbər verir ki, "Marca" nəşrinin məlumatına görə, almaniyalı mütəxəssis komandasının potensialına inandığını və uğursuz nəticələrin məqsədlərini dəyişmədiyini deyib:

"Məni bu tənqidlər təəccübləndirmir, reallıq belədir. Ambisiyalarımızı əməllərimizlə təsdiqləməliyik. Ən yaxşı oyunumuzu nümayiş etdirdik və özümüzü müdafiə etmək üçün heç bir səbəbimiz yoxdur. Nəticə fərqli də ola bilərdi. Amma biz “Real” və PSJ ilə eyni səviyyədəyik.

Diqqətimizi qarşıdakı oyunlara yönəltmişik. Məqsədlərimizə çatmaq, La Liqa və Çempionlar Liqasını qazanmaq üçün hər şeyimiz var. Potensialımıza və tarix yazmağa qadir olduğumuza inanıram. Məğlubiyyətlər heç nəyi dəyişməyib.

Futbolda məğlubiyyətlərə daha çox diqqət yetirilir, çünki onlar daha böyük maraq doğurur. Sizin yerinizdə olsaydım, mən də məğlubiyyətlərdən danışardım."


Qarabağ FK
Son xəbərlər
topaz banner