Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
QOL.az xəbər verir ki, bu haqda Peşəkar Futbol Liqası məlumat yayıb.
İclasda Misli Premyer Liqasında 10-cu turunun bəzi oyunlarındakı qayda pozutuntularına dair qərarlar verilib.
“Turan Tovuz”– “Sabah” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “Turan Tovuz” komandası 2500 manat cərimə edilib. Həmin matçda “Sabah”da 5 nəfər sarı vərəqə aldığı üçün klub 700 manat cərimə edilib. “Qəbələ”– “Qarabağ” oyununda “Zona 1” ərazisində kənar şəxslər olduğuna görə “Qəbələ” klubu 1000 manat cərimə edilib.
Görüşdə “Qarabağ”ın futbolçusu Zakaria Savonun formasında adının yazılışında Azərbaycan əlifbasında olmayan hərfdən (W hərfi - QOL.az) istifadə edildiyinə görə “Qarabağ” komandası 1500 manat cərimə edilib. Oyun bitdikdən sonra “Qarabağ” komandasının azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Qarabağ” klubu 3000 manat cərimə olunub.
“Şamaxı”– “Neftçi” oyununun fasiləsində meydançaya kənar şəxslər daxil olduğuna görə “Şamaxı” klubu 2500 manat cərimə edilib. Oyunda “Neftçi”nin fotoqrafı tərəfindən yarışın Əsasnaməsinin tələbləri pozulduğuna görə “Neftçi” 500 manat cərimə edilib.
“Sumqayıt”– “Şəfa” oyununda qonaq komandada 5 nəfər sarı vərəqə aldığı üçün “Şəfa” 700 manat cərimə edilib.
Azərbaycan millisi Andorraya qalib gəldi
“Kamp Nou”nun tam hazır olacağı tarix açıqlandı
Emin Mahmudova xüsusi hədiyyə təqdim olundu - Şəkillər
“Turan Tovuz”un futbolçusunun yığması uduzdu
Stas Pokatilov millidə növbəti oyuna çıxdı
Andorra - Azərbaycan: Heyətlər
“Real”a keçə bilər
"Qaradağ Lökbatan"ın 7 qollu qələbəsindən - Video
“Qalatasaray”ın ev oyunu stadionu dəyişdirildi
“Qaradağ Lökbatan” və “Şirvan”dan böyükhesablı qələbə
Ukrayna millisinin baş məşqçisi Kaşuku təriflədi
İngiltərə klubunda yeni baş məşqçi
Ronaldonun oğlu U-17 millisində debüt etdi
Ançelotti onu istefaya çağıran Romarioya cavab verdi
Portuqaliya millisindən ayrıldılar
“Xankəndi” tarixi oyuna hazırlaşır - Müsahibə
Lukaku milli karyerasını başa vurdu
Yassin Benzia bu kluba keçdi
Yamal onu təhqir etdi
İspaniyanın məğlubiyyətsizliyinə son qoyuldu