“Latsio”dan tarixi rekord – 10 oyunda 9 qələbə

“Latsio”dan tarixi rekord – 10 oyunda 9 qələbə
DÜNYA FUTBOLU 2 Noyabr 2026 / 12:28 617
-  A +

“Latsio” İtaliya A Seriyasının cari mövsümündə uğurlu çıxışı ilə klub tarixində yeni rekorda imza atıb.

QOL.az xəbər verir ki, Roma təmsilçisi noyabrın 1-də 10-cu tur çərçivəsində doğma meydanda “Kalyari”ni 2:1 hesabı ilə məğlub edib. Bununla da komanda çempionatda 9-cu qələbəsini rəsmiləşdirib.

Bu nəticə “Latsio” üçün tarixi əhəmiyyət daşıyır. Belə ki, klub ilk dəfə A Seriyasının startında keçirdiyi 10 oyunun 9-da qalib gəlməyi bacarıb.

Qeyd edək ki, İtaliya çempionatında əvvəllər yalnız 5 komanda mövsümün ilk 10 turunda 9 qələbə qazanıb. “Yuventus” bunu 4 dəfə, “Milan” və “Napoli” hərəyə 2 dəfə, “Roma” və “Torino” isə 1 dəfə gerçəkləşdirib. Sonuncu dəfə belə nəticəyə 2021/2022 mövsümündə “Milan” və “Napoli” nail olub.

“Latsio”nun xal itirdiyi yeganə qarşılaşma 4-cü turda “Milan”a qarşı olub. Həmin görüşdə romalılar iki top fərqi ilə öndə olsalar da, matç 2:2 hesabı ilə yekunlaşıb.

Hazırda 28 xalı olan “Latsio” turnir cədvəlinə liderlik edir. Ən yaxın izləyicisi “İnter” isə ondan 3 xal geri qalır.


Qarabağ FK
Son xəbərlər
topaz banner