"Turan" voleybol klubu ÇL-də növbəti oyuna çıxır

"Turan" voleybol klubu ÇL-də növbəti oyuna çıxır
VOLEYBOL 3 Noyabr 2026 / 09:24 376
-  A +

Qadın voleybolçulardan ibarət "Turan" komandası  bu gün CEV Çempionlar Liqasında növbəti oyununa çıxacaq.

QOL.az xəbər verir ki, Azərbaycan çempionu olan Tovuz təmsilçisi 3-cü təsnifat mərhələsində Bolqarıstanın "Maritsa" klubunun qonağı olacaq.

Oyun Bakı vaxtı ilə saat 20:30-da start götürəcək.

Tərəflər arasındakı cavab görüşü noyabrın 11-də Tovuzda keçiriləcək.

Xatırladaq ki, "Turan" 2-ci təsnifat mərhələsində Xorvatiyanın "Mladost" komandasını üstələyib -  3:0, 3:2.


Qarabağ FK
Son xəbərlər
topaz banner