“Borussiya”nın 4 futbolçusuna göz dikdilər

“Borussiya”nın 4 futbolçusuna göz dikdilər
DÜNYA FUTBOLU 2 Noyabr 2026 / 18:32 387
-  A +

“Mançester Yunayted” Dortmund “Borussiya”sının dörd futbolçusunu hədəfə alıb.

QOL.az xəbər verir ki, "TEAMtalk" nəşrinin məlumatına görə, İngiltərə klubu “Bavariya” ilə oyunda Cobe Bellinqem, Seru Girassi, Feliks Nmeça və Daniel Svenssonun çıxışını izləmək üçün skautlarını göndərib.

Bildirilir, ilk üç futbolçu uzun müddətdir klubun diqqətindədir. Sol cinah müdafiəçisi Svensson isə transfer siyahısına yeni əlavə olunub.

“Mançester Yunayted” Girassini hücum xəttini gücləndirmək üçün uyğun namizəd hesab edir. Bellinqem və Nmeçanın transferi isə yüksək məbləğ tələb edə bilər. Svenssonla bağlı mümkün addımın gələn yay atılması gözlənilir.

Qeyd edək ki, “Bavariya” ilə 2:2 hesablı heç-heçə ilə başa çatan oyunu “Arsenal”, “Mançester Siti”, “Liverpul”, “Çelsi” və “Tottenhem”in skautları da izləyib.


Qarabağ FK
Son xəbərlər
topaz banner