Əliyar Ağayev "Selta"nın oyununa təyinat aldı

Əliyar Ağayev "Selta"nın oyununa təyinat aldı
AVROKUBOKLAR 3 Noyabr 2026 / 13:58 392
-  A +

Azərbaycanın FİFA referisi Əliyar Ağayev UEFA Avropa Liqası oyununa təyinat alıb.

QOL.az xəbər verir ki, o, "Selta" (İspaniya) və Belçika "Yunion"u arasında keçiriləcək Liqa mərhələsinin 4-cü turunun matçını idarə edəcək.

Ona yan xətdə Zeynal Zeynalov və Akif Əmirəli köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Rauf Cabarov yerinə yetirəcək.

Qeyd edək ki, İspaniyanın Viqo şəhərində noyabrın 5-dən 6-na keçən gecə  keçiriləcək  "Selta" - "Yunion" oyunu Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.


Qarabağ FK
Son xəbərlər
topaz banner