“Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi

“Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
XƏBƏR 2 Noyabr 2026 / 12:44 6821
-  A +

“Fənərbaxça”nın yeni baş məşqçisinin adına aydınlıq gəlib. 

QOL.az xəbər verir ki, bu barədə Türkiyənin "HT Spor" telekanalı məlumat yayıb. İstanbul təmsilçi portuqaliyalı mütəxəssis Sergio Konseysao ilə anlaşıb.

Bildirilib ki, İsmail Kartalın ayrılmasından sonra yeni baş məşqçi axtarışına çıxan klub rəhbərliyi 51 yaşlı mütəxəssisin namizədliyi üzərində dayanıb. Tərəflər arasında razılıq əldə olunub və Konseysaonun yaxın vaxtlarda İstanbula gələcəyi gözlənilir.

Qeyd edək ki, son iş yeri Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubu olan məşqçi bu komandada 41 qarşılaşmaya çıxıb. Həmin görüşlərdə kollektiv 21 qələbə qazanıb, 7 heç-heçə edib və 13 dəfə məğlub olub. 


Qarabağ FK
Son xəbərlər
topaz banner