“Vikinq” – “Sabah” oyununa bütün biletlər satılıb

“Vikinq” – “Sabah” oyununa bütün biletlər satılıb
ÇEMPİONLAR LİQASI 3 Noyabr 2026 / 09:52 496
-  A +

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turunda keçiriləcək “Vikinq” (Norveç) – “Sabah” matçına bütün biletlər satılıb.

QOL.az xəbər verir ki, bu barədə Norveç mətbuatı məlumat yayıb.

Stavanger şəhərindəki “Lyse Arena”da keçiriləcək qarşılaşmada tribunaların tam dolacağı gözlənilir. Arenanın 16-17 min arası tamaşaçı tutumu var. Klub matçdan əvvəl xüsusi açılış şousunun təşkil olunacağını da açıqlayıb.

Oyun noyabrın 4-dən 5-nə keçən gecə Bakı vaxtı ilə saat 00:00-da başlanacaq.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner