Karrik “Mançester Yunayted”dəki gələcəyindən danışdı

Karrik “Mançester Yunayted”dəki gələcəyindən danışdı
DÜNYA FUTBOLU 2 Noyabr 2026 / 22:50 318
-  A +

“Mançester Yunayted”in baş məşqçisi Maykl Karrik gələcəyi ilə bağlı sualları cavablandırıb.

QOL.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb. 40 yaşlı baş məşqçi “Roma” ilə oyun öncəsi mətbuat konfransında hazırda bütün diqqətinin qarşıdakı iki oyuna yönəltdiyini bildirib:

"Gələcəyi əvvəlcədən bilmək mümkün deyil. Nə baş verəcəyini mən də bilmirəm. Amma bu, nə hisslərimə, nə də sabahkı oyuna hazırlığımıza təsir edir. Həmin qarşılaşmanı səbirsizliklə gözləyirəm. Nəticələrimizi və hazırkı vəziyyətimizi nəzərə alaraq məni dəli hesab edə bilərsiniz, amma sabahkı oyuna böyük həvəslə hazırlaşıram. Hazırda bütün diqqətim bu matça yönəlib. Ondan sonra nə olacağını isə zaman göstərəcək. İlk növbədə, sabahkı oyunu uğurla başa vurmaq istəyirik".

Qeyd edək ki, “Mançester Yunayted” noyabrın 3-də “Roma”nı qəbul edəcək. Komanda noyabrın 8-də isə Premyer Liqada “Aston Villa”nın qonağı olacaq.


Qarabağ FK
Son xəbərlər
topaz banner