Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı
Azərbaycanı yeni mövsümdə avrokuboklarda təmsil edəcək klublar bir müddətdir ki, hazırlığa start veriblər. Artıq “Sabah” Avstriya toplanışını başa vurub. “Qarabağ” bu ölkədə hazırlığını davam etdirir. “Zirə” və “Araz-Naxçıvan”ın isə Türkiyə toplanışı yeni başlayıb.
Klublarımızın hazırlığı və transfer işləri ilə bağlı futbol mütəxəssisi Bəxtuyar Musayevlə danışdıq. O, klublarımızın ilk oyununda hər şeyin aşkar görünəcəyini bildirib:
"Əvvəlcə avrokuboklarda mübarizə aparacaq klublarımıza uğurlar arzulayıram. Ümid edirəm ki, yaxşı oyun nümayiş etdirərək xalqımızı sevindirəcəklər. Komandalar hazırlıq proseslərinə yeni başlayıblar. Bəziləri transferlər ediblər. Hələlik başlanğıc dövründədirlər. "Araz-Naxçıvan" bir neçə futbolçu transfer edib. "Qarabağ"dan gedənlər olub. "Zirə"nin də bir neçə futbolçusu komandanı tərk edib. Bu klublarımızdan daha çox transfer gözləntiləri var. İndiki ana qədər komandaların hazırlığı barədə qəti bir söz demək tələskənlik olar.
"Baş məşçi Qurban Qurbanovun da dediyi kimi, "Qarabağ" bir sıra futbolçu ilə danışıqlar aparır. Onlardan cavab gözləyirlər. Məncə, əlavə olaraq bir neçə futbolçunun da transferi gözlənilir. İnşallah, yeni gələn futbolçular gedənlərdən daha üstün oyun nümayiş etdirərlər və komandaya böyük töhfə verərlər. "Araz-Naxçıvan" transfer bazarında aktiv görünür. Tanıdığımız bəzi futbolçular onların sıralarına qoşulublar. Bu baxımdan Hamidu Keyta, Patrik Andradeni qeyd edə bilərəm. Ümid edirəm ki, bütün komandalarımız avrokuboklardakı uğurlu çıxışları ilə futbolumuza töhfə verəcəklər. Bildiyim qədəri ilə "Zirə"də Rafael Utziq və Salifu Suma artıq komandada olmayacaqlar. Utziqi xüsusi vurğulamaq istəmirəm. Çünki "Zirə"də onu əvəz edə biləcək futbolçular var. Əlavə oyunçular da tapmaq olar. Amma Suma ötən mövsüm çox parlaq çıxış etdi. Onun yoxluğunu "Zirə" üçün itki hesab etmək olar. İnanıram ki, Rəşad Sadıqov onun da əvəzinə layiqli namizəd tapacaq və komandaya cəlb edəcək. "Sabah" da bir necə futbolçu transfer edib. Onlardan da bəzilərini tanıyıram. "Sabah"ın transfer etdiyi futbolçuların komandaya uğur gətirəcəyinə inanıram".
B.Musayev klublarımızın avrokuboklardakı rəqibləri ilə bağlı da danışıb: "Qarabağ" "Şelburn" (İrlandiya) - "Linfild" (Şimali İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq. "Qarabağ"ın gücünü nəzərə alsaq, nisbətən münasib komandalardırlar. İnşallah, "Qarabağ" heç bir maneə olmadan qələbə qazanar. "Zirə"nin bəxtinə "Hayduk" (Xorvatiya) düşüb. Köklü klubdur. Ötən mövsüm xüsusilə fərqlənirdilər. Xorvatiya liqasında son turlara qədər çempionluq uğrunda mübarizə aparırdılar. "Hayduk" kifayət qədər güclü rəqibdir. Ona görə də "Zirə"nin oyunları heç də asan olmayacaq. Yenə də uğurlar arzulayıram. Ümid edirəm ki, Rəşad Sadıqovun komandası bunun öhdəsindən gələcək. Çox çətin olacaq. Amma ümidim, istəyim budur ki, mərhələ adlayan tərəf "Zirə" olsun.
"Sabah"ın Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi çox ciddidir. "Sele" (Sloveniya) ötən mövsüm Konfrans Liqasında 1/4 final mərhələsinədək irəlilədi. Mən onların oyunlarına baxdım. Hətta 1/4 finalda "Fiorentina" ilə İtaliyadakı oyunda da çox inamlı çıxış etmişdilər. Kifayət qədər ciddi rəqibdir. Baş məşqçiləri də Albert Rieradır. O, tanınmış futbolçulardan biri idi. İndi də məşqçilik karyerasına başlayıb və yaxşı komanda formalaşdırıb. Ancaq belə bir şey var ki, "Selye"nin bəzi futbolçularına transfer təklifləri gəlib. Hazırda komandanın hansı vəziyyətdə olduğunu bilmirəm. Əgər 3-4 əsas futbolçuları klubdan ayrılsalar, bu, komandanın zəifləməyinə gətirib çıxara bilər.
"Araz-Naxçıvan"ın rəqibi "Aris" də (Yunanıstan) kifayət qədər təcrübəlidir. Onlara qarşı oynamaq heç də asan olmayacaq. Ümid edirəm ki, "Araz-Naxçıvan" mərhələ adlayacaq. Onlara da uğurlar arzulayıram".
Nur Zeynalova
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
"Messiyə qol hədiyyə etmək fikrində deyiləm"
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı
"Heç kim deməyib ki, Messiyə qol hədiyyə etməliyik"
İngiltərə millisindən ayrıldılar
Bugünkü oyunları yayımlayacaq kanallar
“Ümid edirik ki, Lixtenşteyn Azərbaycandan yenə xal alacaq”
Azərbaycanlı hakimə UEFA-dan təyinat
Ukrayna klubunun baş məşqçisi Renat Dadaşovdan danışdı
Messi Argentina millisinin düşərgəsində
Bədavi adlı "qoca qurd"...
"Lixtenşteynə də qalib gələcəyik" - Millinin debütantı
"Biz xalqımız və bayrağımız üçün oynayırıq" - Rüfət Abbasov
İrlandiya - İsrail oyununda insident - Məşqçiyə tüpürüldü
“Qələbə hardasa vicdanımızı rahatlatdı, amma…” Video
Fransa Belçikaya, Türkiyə İtaliyaya qarşı
Azərbaycan millisinin qrupda ilk qələbəsi - Video
Portuqaliyadan qələbə, Almaniyadan xal itkisi
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi
Karyerasını “Real”da bitirməyə hazırlaşır
"Görünən odur ki, daha çox inkişaf etməliyik" - Rui Jorje