Medianın İnkişafı Agentliyinin layihəsi
Mayın 11-14-də Almaniyanın Münhen şəhərində Parataekvondo üzrə Avropa çempionatı keçirilib. Yarış Azərbayanın parataekvondo millis üçün də uğurlu keçib.
Belə ki, turnirdə ölkəmizi K44 kateqoriyası üzrə təmsil edən Sabir Zeynalov və İmaməddin Xəlilov gümüş medal qazanıblar.
70 kq çəki dərəcəsində mübarizə aparan Sabir Zeynalov 1/4 finalda Polşadan olan Kasjan Mikolajczakı məğlub edərək yarımfinala yüksəlib. Yarımfinal mərhələsində Türkiyə təmsilçisi Ali Can Özcan zədə səbəbindən döyüşə çıxmadığı üçün paralimpiyaçımız finala vəsiqə qazanıb. Finalda isə Paralimpiya çempionu israilli Asaf Yasur ilə qarşılaşan Sabir Zeynalov son raundda məğlub olub və bununla da karyerasında ilk dəfə parataekvondo üzrə Avropa çempionatının gümüş medalına sahib çıxıb.
Bugünkü həmsöhbətimiz də məhz Paralimpiya Oyunlarının və dünya çempionatının bürünc mükafatçısı Sabir Zeyanlovdur.

- Sabir bəy, əvvəlcə parateakvondoya gəlişinizdən danışaq. Bu yola necə başladınız?
- Mən bu yola qolumu itirdikdən sonra başlamışam. İdman artıq mənim həyatımın böyük bir parçasıdır. İdmanla məşğul olduqdan sonra həyatımın necə dəyişdiyini gördüm. İdman mənim kompleksdən çıxmağıma kömək edib.
- İlk müəlliminiz kim olub? "Üzərimdəki əməyi əvəzsizdir" dediyiniz biri varmı?
- İdmana Vüqar Şükürovun dəvəti ilə başlamışam. Bu sahədə mənə ilk addımları atmağa kömək edən şəxs elə Vüqar məllimdir. Onu da qeyd edib ki, Azərbaycanın parateakvondo yığma komandasının baş məşqçisi Fərid Tağızadənin də mənim üzərimdə olan əziyyəti danılmazdır. ilk dəfə məni 16 yaşımda dünya çempionatına aparmışdı. Mən ilk yarışımda bürünc medal qazanmışdım, dünya 3-cüsü olmuşdum. Mənim bütün uğurlarımda məşqçilərimin böyük rolu var. Onların hər birinə öz təşəkkürmü bildirirəm.

- Parataekvondoçu olmağın hansı çətinlikləri var?
- Parataekvondoçu olmağın ən yaxşı tərəfi ölkəmi təmsil etmək, məllimlərimi, ailəmi sevindirməkdir. Bunlar mənim üçün ən gözəl hisslərdir. Mən parataekvondoçu olmağıma baxmayaraq, uşaqkən normal taekvondo ilə məşğul olurdum. Təbii ki, çətinliklər yaşamışam. Amma nə olur-olsun, hər zaman mübarizə aparmaq lazımdır. Mən işimi çox sevirəm. İdmanda travma da olur, yorğunluq da. Amma fəxri kürsüyə qalxanda bu çətinliklərin hər biri insana kiçik gəlir.
- Son Avropa çempionatından danışaq. Yarış necə keçdi? Təəssüratlarınız necədir?
- Avropa çempionatı həm yaxşı keçdi, amma eyni zamanda da mənim üçün bəxtsizlik oldu. Bu, karyeramda ilk Avropa finalım idi. Çətin döyüş keçdi. Çünki finalda İsraili təmsil edən Paralimpiya çempionu ilə mübarizə apardım. 3 raundluq döyüş oldu. Sonuncu raundunda mən öndə olarkən 1.89 cu saniyədə sanki möcüzə baş verdi, mümkün olmayan xal qazandı. Buna görə çox məyus oldum. Mən də Avropa çempionatının gümüş medalçısı kimi ölkəyə qayıtdım.
- Qarşınıza qoyduğunuz ən böyük hədəf nədir?
- Qarşıma qoyduğum ən böyük hədəflər Paralimpiya, dünya və Avropa çempionu olmaqdır. Hər birinin medalını qazanmışam, amma çempionluğum yoxdur. Ən böyük məqsədlərim bunlardır.
- Taekvondodan başqa maraqlandığınız başqa bir idman növü varmı?
- Başqa bir işlə məşğul olmuram. Əsas işim taekvondodur. Amma digər idman növlərinə də marağım var. Məsələn, cüdoya, boksa, futbola. Futbol oynamağı çox sevirəm.
Nur Zeynalova
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub.

Türkiyə klubuna keçsə, üçqat maaş alacaq
Messinin "10" nörmrəsi üçün namizəd odur
Azərbaycan millisinin matçının yeri dəyişdirildi
Yığmamız Qırğızıstana uduzdu
Çempionlar Liqasında debütant futbolçularla bağlı yeni qayda
Ozan Can oynadı, komandası uduzdu
Elvin Cəfərquliyev əməliyyat olundu
Türkiyə klubunun 24 xalı silindi - FİFA-dan sərt cəza
"Dinamo" və "Ağstafa Gəncləri" mövsümə qələbə ilə başladı
2-ci liqada 2-ci turun oyun cədvəli açıqlandı
Əsas heyətə düşə bilmədi, komandadan getdi
Bu yayın ən çox transfer edən klubları bilindi
Rəhim Həsənovdan mübahisəli epizodlara şərh - Video
Mbappeni qaçırmağa hazırlaşan şəxs saxlanıldı
"Neftçi" onunla yolları ayırdı - Rəsmi
“Real”ın futbolçusuna sərt cəza - Sərxoş halda maşın sürüb
Mudrik "Çelsi"dən "Tottenhem"ə keçdi
"Qarabağ”ın İsmaili QOL.az-a nələri danışdı?
“Milan”da qalır
Renato Sançes PSJ-dən ayrıldı
"Liverpul" 18 yaşlı qapıçı aldı
"Şamaxı"dan ayrıldı, Əlcəzairdə oynayacaq
Almaniya millisinin üzvü “Yuventus”da - Rəsmi
“Barselona” onu icarəyə verdi
Azərbaycan Premyer Liqa klubundan - 100 min avroluq transfer
"Qalatasaray" daha bir transferi açıqladı
“Mançester Yunayted” Bruno Fernandeşlə bağlı qərarını verdi
La Liqanın ən bahalı transferləri kimlər oldu?
"Borussiya"nın 5 qolu - Video
Adarabioyo “Tottenhem”də
Polina Rəhimova milli karyerasını başa vurdu
“Mançester Siti” Seneqal millisinin hücumçusunu aldı
“Barselona” iki futbolçusunu göndərdi
Məşqə gecikəni oyuna buraxmır! - Mourinyodan sərt qaydalar
"Tottenhem"dən "Yuventus"a keçdi - Rəsmi
"Sabah"ın Çempionlar Liqası üçün iştirak ərizəsi açıqlandı
"Qarabağ"ın UEFA Gənclər Liqasındakı rəqibi bilindi
Argentina “10” nömrəsini kimə həvalə edəcək?