Azərbaycan millisi Andorraya qalib gəldi - Yenilənib

Azərbaycan millisi Andorraya qalib gəldi - Yenilənib
XƏBƏR 25 Oktyabr 2026 / 13:42 2924
-  A +

Bakıda təşkil olunan FIFA U-15 Dünya Kuboku və Festivalı davam edir.

QOL.az xəbər verir ki, Azərbaycan millisi bu gün turnir çərçivəsində əvvəlcə Hövsan Yarış Kompleksində Andorra ilə qarşılaşıb və 1:0 hesablı qələbə qazanıb.

Yeganə qolu 20-ci dəqiqədə Həsən Mahmudov vurub. Andorra 38-ci dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirə bilməyib. Millimizin qapıçısı Oktay Mehrəliyev komandasını qoldan xilas edib.

Azərbaycan yığması günün ikinci matçında isə Avstraliya ilə üz-üzə gələcək. Bu qarşılaşma da Hövsan Yarış Kompleksində keçirilcək və saat 19:30-da başlayacaq.

Azərbaycan millisi ilk görüşündə Şərqi Timor komandasına 6:0 hesabı ilə qalib gəlib və hazırda 6 xalla AF qrupunda liderdir.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner