Medianın İnkişafı Agentliyinin layihəsi
Azərbaycan daha bir mötəbər idman yarışına ev sahibliyi edəcək. Bu dəfə ölkəmiz Çexiya, İsveç və Türkiyə ilə birgə qadınlar arasında voleybol üzrə Avropa çempionatının oyunlarını qəbul edəcək. Yarış avqustun 21-28-də Milli Gimnastika Arenasında keçiriləcək.
Bakıda çempionatın qrup mərhələsinin 15 oyunu təşkil olunacaq və 6 milli komanda mübarizə aparacaq: Azərbaycan (ev sahibi), Belçika, Niderland, Portuqaliya, Rumıniya və İspaniya.Bu, Azərbaycanın qadın voleybolu üzrə Avropa çempionatına ikinci ev sahibliyi olacaq. İlk dəfə ölkəmiz 2017-ci ildə qitə çempionatı yarışını Gürcüstan ilə birlikdə təşkil etmişdi.
Bir qayda olaraq, Azərbaycanın ev sahibi olduğu beynəlxalq idman yarışları, o cümlədən Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, boks, atıcılıq, taekvando üzrə dünya çempionatları, futbol üzrə Avropa Liqasının finalı, Avro-2020-nin final mərhələsinin 4 matçı, gimnastika üzrə dünya kuboku yarışı, artıq ənənəyə çevrilmiş Formula 1 üzrə Azərbaycan Qran Prisi yüksək və nümunəvi təşkilatçılığı ilə fərqlənib. Ölkəmizə olan böyük inam və etimadı daha da artırıb. Təsadüfi deyil ki, voleybol üzrə Avropa çempionatı ilə yanaşı, bu il Azərbaycanda cüdo üzrə dünya çempionatı da keçiriləcək. Gələn il isə Azərbaycan növbəti qlobal idman yarışlarını qəbul edəcək: bədii gimnastika üzrə dünya çempionatına, eləcə də futbol üzrə U-20 komandaları arasında dünya çempionatına (Özbəkistanla birgə).
Bakıda keçiriləcək voleybol üzrə Avropa çempionatına qayıdaq. Ölkəmiz uğurlu təşkilatçılıqla yanaşı yarışda həm də yaxşı nailiyyət qazanmağı hədəfləyir. Azərbaycan milli komandasının baş məşqçisi Faiq Qarayev mətbuat konfransında qeyd edib ki, çempionatda yaxşı nəticə qazanmaq Azərbaycan voleybolunda dirçəlişə səbəb olacaq. O, bunun üçün taktiki və fiziki hazırlığın yüksək səviyyəyə çatdırılmasının vacibliyini vurğulayıb.

Son illər problemlər içində olmuş Azərbaycan millisinin yenidən əvvəlki nüfuzunu bərpa edib-etməyəcəyini zaman göstərəcək. Lakin bunun üçün potensial var. Heyəti daha çox yerli voleybolçulardan təşkil olunan komandamız Avropa çempionatına hazırlıq məqsədi ilə 9 yoxlama matçı keçirməyi nəzərdə tutur ki, bu da millidəki müsbət və mənfi tərəfləri üzə çıxarmağa yaxşı kömək edə bilər.
Azərbaycan millisinin kapitanı Ayşən Abduləzimova isə hədəflərinin qrupdan çıxmaq olduğunu söyləyib. Komandanı məmnun edən məqamlardan biri isə təcrübəli Polina Rəhimovanın yenidən heyətə qayıtmasıdır. Baş məşqçi və kapitan ümid edir ki, 36 yaşlı Rəhimova yenidən Azərbaycan millisinə güc qatacaq.
Millimizin qrup oyunlarına hələ 1 aydan bir qədər artıq vaxt var. Hələlik isə Azərbaycan Voleybol Federasiyası yarışın təşkilatçılığı ilə də məşğuldur. İyulun 7-də Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində Avropa çempionatının maskotu, topu və kuboku təqdim olunub.

Qeyd edək ki, Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən Avropa çempionatının rəmzi kuboku ev sahibi ölkələr arasında növbə ilə təqdim edilir. İsveçdəki və Çexiyadakı təqdimatlardan sonra kubok Azərbaycana gətirilib. Ölkəmizdə keçirilən tədbirlər başa çatdıqdan sonra isə kubok Avropa çempionatının final oyunlarının keçiriləcəyi Türkiyəyə yola salınacaq.
Nur Zeynalova
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

“Liverpul” "Real"a qarşı
100 milyon təklif olundu, qəbul etmədi
Məşqləri izlətmişdi, cəzası bəlli oldu
Klub qənaət üçün futbolçuların maaşını azalda bilər
Messi üçün şou hazırladılar, azarkeşlər etiraz etdi
Arteta İngiltərənin ən çox qazanan məşqçisi oldu
“Liverpul”un futbolçusu sıradan çıxdı
“Barselona”da qapıçı problemi var
Zelimdən gümüş, Ömərdən bürünc medal - Dünya çempionatı
“Şahdağ Qusar” 6 qollu qələbə qazandı
Azərbaycan kubokunda yeni mövsümə start verildi
Azərbaycan millisi Türkiyə klubu ilə qarşılaşacaq
Səmədov Severinanı mükafatlandırdı
Tanınmış futbolçu karyerasını başa vurdu
Argentina Prezidenti Messiyə təşəkkür etdi
AFFA-dan 3 komandaya texniki məğlubiyyət
“Arsenal” Arteta ilə müqaviləsini uzatdı - Rəsmi
Azərbaycan millisi FİFA reytinqində gerilədi
Jesus Ronaldonun açıqlamasına belə cavab verdi
Keyn İngiltərə millisinin rekordunu təkrarladı
Artetadan maraqlı qərar: Pilotlardan məsləhət alacaq
1-ci liqada 19 günlük fasilə başa çatır
Skaloni Messinin vidasından danışdı
"Baş verənlər biabırçılıqdır” - Modriç
Montellanın Türkiyə millisindəki taleyi bəlli oldu
Avropa çempionatı: Daha 5 boksçumuz 1/4 finala yüksəldi
Tuhel İngiltərə millisində rekorda imza atdı
"Kəpəz"in legioneri Slovakiyaya qarşı oynadı
İspaniya Xorvatiyaya belə qalib gəldi - Video
Bu da son. Əlvida, Messi!.. - Şəkillər
İngiltərə və İspaniyadan qələbə
“Milan” “Barselona”nın futbolçusuna göz dikdi
“Futbolu daha çox sevməyimə səbəb oldun”
“Beşiktaş”ın zədəli futbolçusundan xəbər var
UEFA araşdırmalara başladı