Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı
Bakı Futbol Federasiyasının prezident Tahir Süleymanov hazırda Bakı şəhərində keçirilən yeniyetmə futbolçular arasında "Sabahın Ulduzları" yarışı ilə bağlı QOL.az saytının suallarını cavablandırıb
- “Sabahın ulduzları" yarışı uzun illərdir sonra yenidən bərpa olundu. Əvvəlcə yarışın təşkilatçılığı barədə fikirlərinizi öyrənmək istərdik.
- “Sabahın Ulduzları" çox əhatəli, futbolun bütün komponentlərini kompleks halda özündə birləşdirən böyük layihədir. Uzaq 2006-cı ildə start götürən layihədən klublarla, cəmiyyətlərlə, məşqçilərlə, mütəxəssislərlə birgə fəaliyyət nəticəsində, bu gün Azərbaycan millisinin özəyini təşkil edən futbolçular - Mahir Emreli, Elvin Cəfərquliyev, Bəhlul Mustafazadə, Musa Qurbanlı, minifutbol üzrə Avropa və dünya çempionları Eşqin Tağıyev, Ruzigar İbrahimzadə, Ağaseyid Qasımov, FİFA referisi Əliyar Ağayev "Sabahın Ulduzları" yarışlarından çıxıblar. Təəssüf ki, uzun illər bu layihəyə nəinki dəstək verilmədi, məqsədli şəkildə qarşısı alındı, Azərbaycan futboluna qarşı düşmənçilik edildi. AFFA rəhbərliyində dəyişiklərdən sonra "Sabahın Ulduzları" və digər məsələrlə bağlı asossiasiyaya yeni gələn səlahiyyətli rəsmilərlə danışıqlarımız, fikir mübadilələrimiz oldu. Uşaq-gənclər futbolunu prioritet sahə olaraq göstərərək AFFA ilə birgə qərarlar qəbul etdik. Bu proses heç də asan başa gəlmədi. Uşaq-gənclər futbolunun gələcəyi naminə AFFA-nın vitse-prezidenti Balakişi Qasımov, baş katib Cahangir Fərəcullayev, sonda İcraiyyə Komitəsinin üzvləri, federasiya prezidenti Rövşən Nəcəf strateji olaraq dəstəklərini əsirgəmədilər. Nəticədə rəsmi müqavilə imzalandı, bir çox istiqamətlərlə yanaşı, "Sabahın Ulduzları" layihəsinin yeni, müasir tələblərə cavab verən formatda bərpasına nail olduq. Bu müddət ərzində Azərbaycan futbolunun dirçəlməsini istəməyənlər tərəfindən çox maneələr oldu, təəssüf ki, bu gün də baş verməkdədir. Futbolda islahatları, inkişafı arzulamayan qüvvələr var. Azərbaycan futbolunu irəli aparacaq qəti, radikal addımların atılması, davam etdirilməsi mütləqdir!

- Artıq turnirdə 5 tur geridə qalıb (müsahibə 5-ci turdan sonra götürülüb - QOL.az). İlkin təəssüratlarınız necədir? Futbolumuzun gələcəyi olacaq ulduz oyunçuların parıltısı görünürmü?
- Pilot layihə olaraq 2 yaş qrupunda yarışlara start verdik. Prioritet olaraq U-14, U-15 qruplarını seçməyimiz təsadüf deyil. Bu yaş qrupları artıq uşaq futbolundan yeniyetməliyə gedən yolda çox həssas dövrdür. "Sabahın Ulduzları" tam beynəlxalq standartlara, tələblərə cavab verən təşkilatçılığı ilə seçilir. Böyük futbolun bütün incəlikləri yarışlarda tədbiq edilir. İşçi qüvvəmiz məhdud olsa da, könüllürəri, futbolu ürəkdən istəyən fədakar insanları prosesə cəlb etmişik. Futbol İnkişaf Mərkəzinə çevrilən Bayıl Arena yarışların keçirilməsi üçün ixtiyarımıza verilib. Bununla məhdudlaşmırıq, nə qədər çətin olsa da, özümüz sponsorlar, tərəfdaşlar cəlb edirik. "Sabahın Ulduzları"nın baş sponsoru var və Sərdar Salmanzadə bu yolda bizimlə birlikdədir. Bu da yarışların keyfiyyət səviyyəsini artırmaqda, ideyalarımızın həyata keçirilməsində bizə yardımçı olur. Qısa vaxtda uşaq futbolunda yeni-yeni ilklərə imza atılıb. "Sabahın Ulduzları" oyunları CBC Sport kanalı və yeni yaradılmış Bakı Futbol Federasiyasıının öz studiyası vasitəsilə ilə canlı yayımlanır, texnoloji elemetlər, "Eyeball" sistemi, bəzi oyunlarda VAR tədbiq edilir, projektor altında oyunlar baş tutur. Uşaq futbolu heç vaxt belə yanaşmanı görməmişdi. "Sabahın Ulduzları" daimi olaraq medianın, futbol ictimaiyyətinin diqqət mərkəzindədir və bu münasibətə görə hər birinizə dərin təşəkkürümü bildirirəm. Belə yanaşma klubları, komandaları, valideynləri, azarkeşləri məmnun edir, yarışlarda bayram ab-havası yaradır. Bu tendensiya, bu təşkilatlanma, işə yanaşma bütün ölkəyə, regionlara yayılmalıdı. Strateji istəyimiz Azərbaycanda bütün yaş qruplarının "Sabahın Ulduzları" layihəsi altında keçirilməsidir. İllər keçib, çox istedadlar itirilib. Bacarıqlı futbolçuları üzə çıxarıb sistemli olaraq inkişaflarını təmin etmək lazımdır. Bu yaş qruplarında, ümumiyyətlə, futbolumuzda istedadlar yetərincədir. "Sabahın Ulduzları"ında artıq gləcəyi vəd edən futbolçular görünür.

- Oyunların hamısı Bayıl stadionunda keçirilir. Bildiyimizə görə, arenanın yeni meydançası da süni örtüklüdük. Bəs, bunun yeniyetmə oyunçulara nə ziyanı ziyanı var?
- Uşaq futbolunda infrastruktur çatışmazlığı heç kimə sirr deyil. Qəbul olunan İnkişaf Strategiyasında bunlar öz əksini tapıb və həlli yolları göstərilib. Bilirsiniz, oktyabr ayında Azərbaycanda FİFA U-15 Dünya çempionatı və Festivalı keçiriləcək. Strateji olaraq ölkəmiz, futbolumuz artıq qalibdir! Çox böyük futbol mərkəzi inşa edilir. Dünya çempionatından sonra bu infrastruktur uşaq-gənclər futboluna qulluq edəcək. Bölgələrərimizdə də bu yöndə işlər sürətlənməlidir. Klublar aktivlik göstərməli, uşaq akademiyalarına diqqəti artırmalıdılar. Bayıl Arena AFFA-nın strateji qərarı ilə Futbol İnkişaf Mərkəzinə çevrilib. Stadionda uzun illərdən sonra mərkəzləşdirilmiş qaydada uşaq yarışları keçirilir və xüsusi qeyd edim, heç bir icarə haqqı ödənilmədən klublara təmənnasız olaraq "Sabahın Ulduzları" yarışlarında çıxış etmək imkanı yaradılıb. Arenada əsaslı təmirdən sonra dünyada ən son keyfiyyətə malik ot örtüyü salınıb. Önəmli olan süni örtüyün hansı səviyyədə olmasıdır. Bu gün dünyada milli komandalar, Ç. L-sı və digər oyunlar süni meydanlarda da keçirilr. "Sabahın Ulduzları"nda 140 oyun baş tutacaq. Bu, böyük həcm, qüvvə tələb edir. Bütün komandalar nəinki yarışların səviyyəsindən, ot örtüyünün keyfiyyətindən çox məmnundular. Oyunlarda mübarizlik, motivasiya üst səviyyədədir və heç bir futbolçu bu günə kimi ot örtüyünə görə zədə almayıb. Klub, komandaların olmazın infrastruktur problemi mövcuddur. Arena bu vəziyyətdə olmasaydı, gündə 3 oyunun keçirilməsi mümkün olmazdı. Bu yanaşma ilə biz həm klubları düşünürük, yeni salınmış meydançanın yüklənmə saatını qoruyuruq, futbolçular göz önündə özlərini göstərmək, püxtələşmək imkanı qazanırlar. Bu yöndə AFFA və BFF "Sabahın Ulduzları" layihəsi ilə klublara bu günə kimi görünməyən şərait yaradıb.
- Yarışa ölkə klubları, mütəxəssislər, məşqçilər tərəfindən maraq hansı səviyyədədir? Millinin, Premyer Liqa klublarının baş məşqçiləri və ya köməkçiləri oyunlara gəlirlərmi?
- Qeyd etdiyim kimi, "Sabahın Ulduzları"na çox böyük maraq var. Yarışların möhtəşəm açılışı oldu, CBC Sport kanalı vasitəsi ilə canlı yayımlandı. AFFA və klub rəhbərləri, veteran futbolçularımız, ictimai xadimlər, media nümayəndələri bizimlə bir arada oldular. Baş katib Cahangir Fərəcullayev, onun müavinləri, federasiyanın müvafiq departamentləri, millinin baş məşqçisi Ayxan Abbasov, Texniki Direktor Edmond Klaus, "Sabahın Ulduzları"na böyük önəm və dəstək verirlər, oyunları izləyirlər. Yarışlar həm də FİFA U-15-də iştirak edəcək millimizin formalaşdırılması, seçimləri, seleksiyası üçün ideal platformadır. Yeniyetmələr arasında Avropa və dünya çempionu Arif Əsədov, assosiasiyada seleksiyaya cavabdeh Bəxtiyar Musayev, Ramiz Əhmədov, Texniki Direktorun köməkçisi Ramiz Kərimov, klub nümandələri Adil Şükürov, Təbriz Həsənov, "Sabah"ın bu sahə üzrə əcnəbi mütəxəssisləri, beynəlxalq dərəcəli hakimlərimiz İmanxan Sultani, Zöhrab Qədiyev, Babək Quliyev, Anar Salmanov, Munis Abdullayev, Orxan Məmmədov və digər mütəxəssislərimiz daimi oyunları izləyir, nəzarət edir, perspektivli futbolçu, hakimlər seçimində aktiv iştirak edirlər. Bu diqqət komandaların, məşqçilərin, oyunçuların məsuliyyətini daha da artırır.

- Qalib komandalar üçün hansı mükafatlar nəzərdə tutulur? Onların gələcəkdə "Sabahın ulduzları"nın təşkilatçıları, sponsorları tərəfindən xarici ölkələrə beynəlxalq turnirlərə göndərilməsi gözlənilirmi
- Xüsusi dizaynda medallarımız hazırdır. Çoxsaylı mükafatlarımız olacaq. Qalib komandalar, fərqlənənlər üçün azad olunmuş torpaqlarımıza- Qarabağa tur təşkil olunacaq. "Sabahın ulduzları" layihəsinin daxili yarışları beynəlxalq səviyyəyə çatdırmaqla bərabər, milli ilə paralel yaş qrupları üzrə B yığma komandalarının təşkili, xaricə səfərlər və ölkəmizdə beynəlxalq statuslu turnirlərin keçirilməsi perspektiv planda nəzərdə tutulub. BFF bu işlərlə məhdudlaşmır, məşqçi kursları, manitorinqlər, gənc kadrların inkişafına, püxtələşməsinə xüsusi önəm verir.
- BFF-n rəhbəri və beynəlxalq dərəcəli hakim kimi, "Sabahın Ulduzları"nda hakimliyin səviyyəsi ilı bağlı nə deyərdiniz?
-AFFA Hakimlər Komitəsi və Departamenti ilə idaimi əlaqədəyik. Təklifimlə uşaq futbolunda ilk dəfə 4 hakimlik sistem və hakim-inspektorlar oyunlara təyinat alır. Hakimlərin ən böyük tənqidcisi özümüzük. Necə ki, məsuliyyətlə yanaşan klublar, komandalarla paralel, bu səviyyəyə hazır olmayanlar da var, eynilə gənc hakimlər arasında da bu tendensiya mövcuddur. Futbolçular üzə çıxdığı kimi, hakimlər üçün də "Sabahın Ulduzları" layihəsi öz perspektivlərini göstərmək üçün bir arenadır. Bu yanaşmanı, tələbkarlığı gənc hakimlər ilk dəfə görürlər və bəziləri buna hazır deyil. Məsuliyyətli, öz üzərində çalışan hakimlər arasından bacarıqlı referilər çıxacaq. Bütün klublara, komandalara, valideynlərə, azarkeşlərə tövsüyəm o olar ki, uşaq futbolunda nəticə önəmli deyil, istedadların üzə çıxarılması, onların sistemli şəkildə inkişafı prioritetdir. Yenidən böyük çətinliklərlə bərpa olunan "Sabahın Ulduzları" layihəsini Azərbaycan futbolu adına hər birimiz qorumalı, dəstək verməli, daimi keçirilməsinə nail olmalıyıq. Necə ki, böyük əksəriyyət belə də düşünür, addımlar atır. Gənc hakimlərin özlərini yaxşı mənada göstərməklə yanaşı, daha diqqətli olmalarını arzu edirəm.
Nur Zeynalova
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

"Qarabağ" Niderlanddan qələbə ilə qayıdır
Avropa Liqası: "Beşiktaş"dan qələbə, "Trabzonspor" büdrədi
"Ayaks" azarkeşlərindən etiraz
Şeydayev oynadı, komandası qalib gəldi
"Məni ən çox nankorluq narahat edir"
“Kayrat”dan ağır məğlubiyyət
Onlar da bugünkü oyunu buraxırlar - “Qarabağ”da yeni itkilər
“Qarabağ” “Tvente” ilə oyuna bu heyətlə çıxır
Ronaldinyo 46 yaşında karyerasını bərpa edir
London klubu azarkeşlərinə xəbərdarlıq etdi
“Bu forma üçün əlimdən gələni edəcəyəm”
Premyer Liqadakı ilk matçını buraxa bilər
“Karvan-Yevlax” nigeriyalı futbolçu ilə gücləndi
“Barselona” Kanselunu transfer etdi
Klub tarixinin ən gənc debütantı oldu