Medianın İnkişafı Agentliyinin layihəsi
Şahmat aləmində elə qələbələr var ki, onlar sadəcə turnir cədvəlinə yazılan bir xal olmur. Həmin nəticələr illərlə xatırlanır, haqqında danışılır, idmançının karyerasında yeni mərhələnin başlanğıcı sayılır. Azərbaycanlı 21 yaşlı qrossmeyster Aydın Süleymanlının Honkonqda rapid üzrə komandalararası dünya çempionatında əfsanəvi Maqnus Karlsen üzərində qazandığı qələbə də məhz belə nəticələrdəndir.
Dünya şahmatının son onillikdəki simvoluna çevrilən norveçli Karlsen illərdir ki, rəqiblərinin ən çətin sınağı hesab olunur. Bu dəfə isə həmin sınaqdan üzüağ çıxan tərəf Aydın Süleymanlı idi. Həm də şahmatın ən sürətli növündə.
Karlsen üzərində qaibiyyət təkcə Aydın üçün əhəmiyyət daşımayıb. Azərbaycanın “Odlar Yurdu” komandası turnirin favoritlərindən sayılan “WR Chess”i 3,5:2,5 hesabı ilə məğlub edib. Rəqib komandanın heyətində isə əsl ulduzlar yarışıb: Maqnus Karlsen, Fabiano Karuana, Uesli So, Maksim Vaşye-Laqrav.

Əslində, Aydın üçün bu oyun təsadüfi qarşılaşma olmayıb. O, sonradan Azərbaycan Şahmat Federasiyasına verdiyi açıqlamada etiraf edib ki, turnirdən əvvəl komandanın kapitanı Rauf Məmmədova birinci lövhədə oynamaq istədiyini deyib. Səbəb sadə idi: Maqnus Karlsenlə qarşılaşmaq istəyi.
Aydın Süleymanlı Azərbaycan Şahmat Federasiyasına açıqlamasında söyləyib: “Turnirdən əvvəl kapitanımız Rauf Məmmədovla danışanda birinci lövhədə oynamaq istəyimi söylədim. Çünki dünya çempionu Maqnus Karlsenə qarşı mübarizə aparmaq istəyirdim. Fikrimcə, hər bir şahmatçının arzusu Karlsenə qarşı oynamaqdır. Mən arzuma çatdım, hətta qalib də gəldim”.
Gənc qrossmeysterin sözlərinə görə, artıq növbəti rəqiblərinə tamam fərqli psixologiya ilə yanaşır və şanslarını daha yüksək qiymətləndirir.
Uşaqlıqdan gələn yol
2005-ci ildə Bakıda anadan olan Aydın Süleymanlı şahmata erkən yaşlarından maraq göstərib və 5 yaşında bu yola başlayıb. 6 yaşından etibarən beynəlxalq yarışlara qatılan Aydın 2013-cü ildə Monteneqronun Budva şəhərində keçirilmiş qitə birinciliyində 8 yaşlı şahmatçılar arasında birinciliyə yiyələnib. O, həmin ilin dekabr ayında Birləşmiş Ərəb Əmirliklərinin Əl-Əyn şəhərində şahmat üzrə dünya çempionatında eyni yaş kateqoriyasında üçüncü yeri tutub. Süleymanlı 2014-cü ilin noyabrında blits və rapid növü üzrə Avropa çempionatında bütün rəqiblərini üstələyib, həm blits, həm də rapiddə 10 yaşlı oğlanlar arasında birinci olub.
Aydın 2017-ci ildə Rumıniyanın Mamaya şəhərində təşkil olunmuş Avropa çempionatında 9 oyundan 7 xal yarım yığmaqla 12 yaşlı oğlanlar arasında Avropa çempionu adını qazanıb. Süleymanlı 2019-cu ildə 2 titula yiyələnib. Belə ki, o, Hindistanın Mumbay şəhərində keçirilmiş dünya çempionatında 11 oyundan 9 xal yığmaqla 14 yaşlı oğlanlar arasında dünya çempionu tituluna sahib çıxıb. Həmçinin 2019-cu ilin noyabr ayında Azərbaycanın gənclərdən ibarət şahmat üzrə yığma komandasının heyətində Türkiyənın Çorum şəhərindəki 16 yaşadək şahmatçılar arasında Dünya Şahmat Olimpiadasının qalibi olub.
2023-cü ildə beynəlxalq qrossmeyster adını qazanan Süleymanlı artıq Azərbaycanın yeni şahmat nəslinin əsas simalarından biri hesab olunur. O, gənc yaşına baxmayaraq, həm fərdi yarışlarda, həm də milli komandanın heyətində sabit nəticələri ilə diqqət çəkir, artıq dünyanın aparıcı qrossmeysterləri ilə eyni turnirlərdə mübarizə aparır.
“Bu oyunu heç vaxt unutmayacağam”
Karlsen üzərində qələbə qazanan hər şahmatçı bu oyunu karyerasının xüsusi səhifəsi kimi saxlayır. Aydın Süleymanlı da istisna deyil. O deyir ki, həmin partiyanı heç vaxt unutmayacaq. Çünki söhbət illərlə əlçatmaz görünən bir hədəfə qovuşmaqdan gedir: “Maqnus çox böyük şahmatçıdır, ona qalib gəlmək bəzi insanlar üçün imkansızdır. Əvvəllər mən də mümkünsüz kimi düşünürdüm, lakin qələbə qazanmağı bacardım. Bu anı və oyunu heç vaxt unutmayacam.
Maqnus şahmat tarixinin ən güclü təmsilçisidir. 90 faiz insanlar bu fikirdədir. Karlsenə qarşı istənilən oyunda mübarizə aparmaq çox çətindi. Rapid oyununda vaxt azaldıqca şanslar tükənir. Ona görə bu qələbə özümə daha çox inanmağa kömək etdi. Maqnusla oyundan sonra digər rəqiblərə başqa fikirlə yanaşıram. Növbəti oyunlarda şanslarımı daha çox dəyərləndirirəm”.
İndi isə qarşıda yeni sınaq var. Aydın Süleymanlı 2-5 iyul tarixlərində ABŞ-da keçiriləcək rapid və blits turnirində mübarizə aparacaq. Honkonqdakı qələbədən sonra ona maraq daha da artıb. Çünki artıq Aydın sadəcə perspektivli gənc şahmatçı yox, şahmat tarixinin ən böyük adlarından birini məğlub etməyi bacaran azərbaycanlı qrossmeysterdir.
Nur Zeynalova
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub.

“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?