Medianın İnkişafı Agentliyi layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı
Beynəlxalq nüfuzlu idman yarışlarının mərkəzinə çevrilən Azərbaycan bu il daha bir mötəbər yarışı qəbul etməyə hazırlaşır. Bu, 15 yaşadək oğlan futbolçulardan ibarət komandalar arasında keçiriləcək ilk dünya çempionatı və 2026-cı il Festivalıdır. Bu yarış, şübhəsiz ki, Azərbaycanda yeniyetmələrin futbola marağının artması, yeni nəsil idmançıların sağlam həyat tərzinin təşviqi baxımından mühüm əhəmiyyət daşıyır.
Qeyd etmək yerinə düşər ki, xüsusən "Qarabağ"ın Avropa kuboklarındakı uğurlarından sonra uşaq və yeniyetmələr arasında futbol idman növünə maraq daha da artmağa başlayıb. O da qeyd edilməlidir ki, son 14 ildə Azərbaycanda kişilər arasında mötəbər futbol yarışları keçirilməklə yanaşı ölkəmiz yeniyetmələr və gənclər arasında nüfuzlu turnirlərə də ev sahibliyi edib.
Məsələn, FIFA U-17 Qadınlararası Dünya Kuboku, UEFA U-19 Avropa çempionatının seçmə mərhələ oyunları, UEFA U-17 Avropa çempionatının seçmə mərhələ oyunları, UEFA U-17 Avropa çempionatı (final mərhələsi), UEFA U-21 Avropa çempionatının seçmə oyunları həmin yarışlar sırasındadır. Lakin bu da son deyil. U-15-lərin dünya çempionatından başqa 2027-ci ildə U-20 komandaları arasında dünya çempionatına da Azərbaycan Özbəkistanla birgə ev sahibliyi edəcək.
U-15-lər arasında ilk dünya çempionatına gəlincə, bu yarış/festival FİFA tərəfindən 2025-ci ilin dekabrında təsis edilib. FİFA-nın rəsmi açıqlamasında bildirilir ki, FİFA Şurasının Bürosunun qərarına əsasən, ilk dünya çempionatı və 2026-cı il Festivalı 22-31 oktyabr 2026-cı il tarixlərində təşkil olunacaq. Yarışda ali futbol qurumuna üzv olan milli assosiasiyaların U-15 komandaları iştirak edə biləcəklər. Lakin hələlik dəqiq komanda sayı barədə məlumat yoxdur.
Rəsmi məlumatda bildirilir ki, FIFA bu qərarı qəbul edərkən Azərbaycanın müasir idman infrastrukturu, beynəlxalq standartlara cavab verən idman obyektləri və irimiqyaslı beynəlxalq yarışların təşkilində qazandığı uğurlu təcrübəni nəzərə alıb. Turnirin ölkəmizdə keçirilməsi Azərbaycanın dünya futbolunda artan nüfuzunun və beynəlxalq idman tədbirlərinə ev sahibliyi imkanlarının növbəti təsdiqidir.
Artıq Prezident İlham Əliyev tərəfindən 15 yaşadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının 2026-cı ildə Azərbaycanda keçirilməsi ilə əlaqədar tədbirlər haqqında Sərəncam imzalanıb. Sərəncama əsasən, U-15 dünya çempionatı və festivalının Azərbaycanda layiqincə keçirilməsini təmin etmək məqsədilə müvafiq tədbirlərin əlaqələndirilməsi və zəruri məsələlərin həlli 20 yaşadək kişilər arasında futbol üzrə dünya çempionatının 2027-ci ildə Azərbaycanda keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 15 dekabr tarixli Sərəncamı ilə yaradılmış Təşkilat Komitəsinə həvalə edilib. Nazirlər Kabinetinə Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Yaxın vaxtlarda həmin çempionat və festivalın Azərbaycanın hansı şəhərlərində keçiriləcəyi rəsmən elan ediləcək. İndidən dəqiq olan budur ki, yarışın coğrafiyası təkcə Bakı ilə məhdudlaşmayacaq və bir neçə bölgə şəhərində də təşkil olunacaq. Bu isə bölgələrdə futbola maraq baxımından əhəmiyyətli hadisə olacaq.
O da qeyd edilməlidir ki, U-15 dünya çempionatı və festivalı bir-birini tamamlayan, lakin fərqli məqsədlərə xidmət edən tədbirlərdir. Festival bir növ dünya çempionatının bədii hissəsi olacaq. Bu, yarışdan əlavə təşkil olunan inkişaf və mədəniyyət proqramıdır. Yəni tamaşaçılar müxtəlif ölkələrdən gələn uşaqların birgə futbol məşqlərinə, futbol bacarıqları üzrə əyləncəli fəaliyyətlərinə, mədəniyyət və dostluq tədbirlərinə, təhsil və sosial layihələrə şahid ola biləcəklər. Yəni 10 gün ərzində uşaq və yeniyetmələrin futbol bayramına şahid ola biləcəyik.
Amma əlbəttə, ən çox maraq dünya çempionatının özü olacaq. Biz həmin yarışda bəlkə də gələcəkdə dünya futbolunun yeni nəsil ulduzları ola biləcək futbolçuların oyunlarını izləmək imkanı qazanacağıq. Belə matçlara canlı baxmaq isə uşaq və yeniyetmələr arasında futbola marağın artmasına təsir göstərəcək məqamlardandır.
Beləliklə, bu dünya çempionatı Azərbaycanda futbolun kütləviləşməsinə və bölgələrdə idmana marağın artmasına mühüm töhfə verəcək...
Nur Zeynalova

Ronaldo aktyorluq edəcək
Con Stounz "İnter"də
Maldini İtaliya millisindən ayrıldı - cəmi 10 gün sonra
Çiçaritonun yeni klubu müəyyənləşdi
DÇ-2026-nın ən yaxşı qolu açıqlandı
1-ci və 2-ci liqaların püşkü bu tarixdə atılacaq
"İmişli"də yeni futbolçu
Azərbaycan güləşçisi dünya çempionatının finalında - Video
"Turan Tovuz" Türkiyə klubu ilə heç-heçə etdi
"Real"da itki
Cüneyt Çakıra Rusiyada yeni vəzifə verildi
Meydanda dava oldu, qadın hakim zərbə aldı
Nurlan Novruzovun yeni klubu açıqlandı
"İmişli" kot-d’İvuarlı futbolçu trasnfer etdi
Elxan Səmədov Serbiya Superliqasının baş katibi ilə görüşdü
Duşan Tadiçin yeni klubu bilindi
Makqreqor bir illik sıradan çıxıb
"Qarabağ"ın oyununda qorxulu bir şey görmədim"
“Qalatasaray”dan Musiala açıqlaması
Neymar yenidən qalmaqal mərkəzində
DÇ-2026 finalını idarə etmişdi - Karyerasını başa vurdu
"Zaqatala" baş məşqçisi ilə yolları ayırdı
Rusiyaya görə adı milliyə namizədlər sırasından çıxarıldı
"Real"ın futbolçusu sentyabra qədər oynamayacaq
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
Azərbaycan millisi Afinaya yollandı
“Zirə”dən ayrılmağıma səbəb oynamamağım oldu” - Müsahibə
Tanınmış futbolçu Malta klubunda
Bakıda güləş tarixinin ən böyük U-17 mundialı başlayır
Azərbaycan millisi Qazaxıstana qalib gəldi
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır