Medianın İnkişafı Agentliyi layihəsi
Sabah Misli Premyer Liqasında 2026/27 mövsümünə start verilir. Bu, 1992-ci ildən bəri keçirilən Azərbaycanın 35-ci milli çempionatı olacaq.
Turun açılış matçı Tovuz şəhər stadionunda yerli "Turan Tovuz"la "Qəbələ" klubları arasında olacaq. Tovuz Azərbaycanın ən populyar futbol şəhərlərindən biridir. Bu mənada gözləmək olar ki, ilk turun oyununda tribunalar tam dolacaq.
Yeri gəlmişkən, bu və birinci turun digər bütün 5 matçından əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səslənəcək.
Yarışda adları qeyd olunan 12 komanda iştirak edəcək: "Araz-Naxçıvan", "İmişli", "Kəpəz", "Qarabağ", "Qəbələ", "Neftçi", "Sabah", "Sumqayıt", "Şamaxı", "Şəfa", "Turan Tovuz", "Zirə".
"Şəfa" 2025/26 mövsümü birinci liqanın qalibi qismində Premyer Liqaya qatılacaq.
Bəs yeni mövsüm Misli Premyer Liqası bizə nə vəd edir?
İlk növbədə proqnozlaşdırmaq mümkündür ki, yeni mövsümdə biz daha rəqabətli və maraqlı çempionata şahid ola bilərik. Bunun mesajı ötən mövsüm verilməyə başladı. Azərbaycanda legioner limitinin ləğv olunması xüsusən çempionluq yarışında gərgin mübarizə yaratdı. "Sabah" "Qarabağ"ın hegemonluğuna son qoyaraq tarixində ilk dəfə Azərbaycan çempionu adını qazandı. İndi bu komanda Çempionlar Liqasında ən azı "pley-off"a qədər irəliləyib.

"Qarabağ" isə heyətini yeniləyib, komandaya 8 yeni futbolçu cəlb edilib. Gözləmək olar ki, yeni mövsümdə də çempionluq uğrunda əsas rəqabət məhz bu iki komanda arasında gedəcək. Amma əlbəttə, "Neftçi"ni də siyahıdan silmək olmaz. Yüksək büdcəyə malik Azərbaycanın ən köklü klubundan haqlı olaraq tələb edilən çempionluqdur. "Ağ-qaralar" sonuncu dəfə 2021-ci ildə Azərbaycan çempionu olub. İndi yeni baş məşqçi ukraynalı Yuri Vernidubun rəhbərliyi altında komandanın hədəfi yenə birincilikdir...
Doğrudur, hələlik məhz bu üç komanda çempionluğa əsas namizəd sayılır, lakin "Turan Tovuz" da bu ada iddia edir. Bu günlərdə klubun İdarə Heyətinin sədri Ehtiram Quliyev jurnalistlərə deyib:
"Buradan hamıya elan edirik ki, builki hədəfimiz çempionluqdur. Ən azından mövsümün sonuna qədər çempionluq yarışının içində olmaq istəyirik. Əminliklə deyə bilərəm ki, bu mövsüm keçən ildəkindən daha güclü, daha dinamik və daha keyfiyyətli "Turan Tovuz" görəcəksiniz".
Digər klublardan xüsusən "Zirə" və "Sumqayıt" ən azı Konfrans Liqasına vəsiqə qazanmaq, yəni ilk dördlüyə düşmək uğrunda yarışacaq. Ehtimal etmək olar ki, heyəti zəifləyən "Araz Naxçıvan" bu dəfə Avropa üçün iddialı olmayacaq. "Qəbələ", "İmişli", "Kəpəz", "Şəfa", "Şamaxı" isə Premyer Liqada yerini qorumaq üçün yarışacaq.
Bəli, qeyd edildiyi kimi, legioner limitinin ləğvi çempionatın səviyyəsinin qalxmasına şərait yaratdı. Lakin bu zaman yerli futbolçular əvvəlkitək ön planda olmadı, əvvəlki “məcburi oynamaq” üstünlüyü aradan qalxdı. Məlum olduğu kimi, AFFA İcraiyyə Komitəsi 2025/26-dan etibarən legioner limitini ləğv edib və klublara eyni anda meydanda 11 əcnəbi saxlamağa imkan verib. Bu səbəbdən indi klubların legioner almaq üçün əl-qolu daha da açılıb. Onlar limitin olmadığı şəraitdə klub nəticə naminə daha hazır, daha təcrübəli və bəzən daha ucuz başa gələn legionerə üstünlük verirlər. Yerli oyunçuların çoxusu isə bu zaman rəqabətə tab gətirməyərək əsas heyətdə yerlərini itirirlər, az oyun şansı qazanırlar. Bunun ziyanı isə ilk növbədə milli komandaya dəyir. Amma bir fakt da qeyd edilməlidir ki, bu gün hazır yerli oyunçulara da əsas heyətdə oynamaq şansı verilir.
Bəs yeni mövsümdə oyunlara azarkeş marağı necə olacaq?

Bu baxımdan radikal dəyişiklik gözlənilmir. Tovuz şəhər stadionunda keçiriləcək matçlar yenə ajiotajlı olacaq. Eləcə də "Sabah", "Qarabağ", "Neftçi" arasındakı görüşlərdə tribunaların tam və ya yarıyadək dolacağını ehtimal etmək olar. Ötən mövsüm “Qarabağ”la “Sabah” arasındakı rəqabətli oyunlar göstərdi ki, maraqlı qarşılaşma və real çempionluq mübarizəsi olduğu zaman azarkeş stadionlara axışa bilir.
Sonda.
Bir sözlə, 2026/27 mövsümündə həm çempionluq, həm avrokuboklar, həm də Premyer Liqada qalmaq uğrunda kifayət qədər maraqlı mübarizə gözlənilir. Ən əsası isə ötən mövsüm başlayan rəqabətin bu il daha da güclənməsi mümkündür. “Sabah” titulunu qorumağa, “Qarabağ” taxtını geri qaytarmağa, “Neftçi” uzun illik çempionluq həsrətinə son qoymağa, “Turan Tovuz” isə iddiasını reallaşdırmağa çalışacaq...
ELNUR
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

“Kristal Pelas”ın baş məşqçi namizədi bəlli oldu
“Roma” ona daha az maaşlı müqavilə təklif edir
Millinin baş məşqçisinin mətbuat konfransı ləğv olundu
Haaland yığmanın məşqinə qoşulmadı
“Real”ın səhmlərinin bir hissəsi satışa çıxarıla bilər
“Mourinyo daha təmkinli olub”
PSJ “Borussiya”nın qapıçısı ilə maraqlanır
AFFA rəsmisindən mübahisəli epizodlara şərh - Video
Mbappe ilə Zidan arasında fikir ayrılığı var?
Lukaku Türkiyə millisi ilə matçı buraxacaq
La Liqada bunu bacaran 20-ci komanda oldular
"Mançester Yunayted" Poçettino ilə razılaşdı
"İndi millidə bir mövqeyə ikinci futbolçunu tapmaq çətindir"
2-ci liqada 11-ci turun oyunlarının vaxtı bilindi
"Latsio"da yeni müqavilə
Azərbaycan güləşçilərindən 8 medal
Azərbaycan klubundan Pakistan millisinə çağırıldı
Lixtenşteyn - Azərbaycan oyununun hakimləri müəyyənləşdi
“Fənərbaxça” Dirk Kuytla yollarını ayırdı
“Xankəndi”nin Bakıdan köçəcəyi vaxt açıqlandı
"Artıq Almaniyada oynaya bilmərəm"
“Sabah”a məğlubiyyətdən sonra istefaya göndərildi
Puxaç Polşa klubuna qayıtmaq istəyir
Haalandın aldığı 432 illik kitab sərgiyə çıxarıldı
“Qarabağ”ın daha bir futbolçusunu transfer etmək istəyirlər
Tanınmış jurnalistə bu klubda vəzifə verildi
Afrikada ilin ən yaxşı futbolçusu adına 10 namizəd
“Real”ın futbolçusu Türkiyə ilə oyunu buraxacaq
Van Deyk gələcəyi haqda: "Müqavilə uzadılmasa..."
Kukurelya Arda Gülerdən danışdı
Azarkeşlər fitə basdı, baş məşqçi ona güvəndi
Millinin 5 futbolçusu cəzalana bilər
Rafinyanın zədələnməməsi üçün xüsusi addım atılır
A seriyası klubu yeni baş məşqçisini açıqladı
Trampla əlaqələrinə görə İnfantino Konqresə çağırıla bilər
Flik futbolçularını istirahətə yolladı
Kompani “Bavariya”nın məşqlərinə qoşuldu
"Turan" voleybol klubu ÇL-in qrup mərhələsində
“Tottenhem” komandaya liderlik edəcək hücumçu axtarır
"Turan Tovuz"un qapıçısı milliyə dəvət aldı
Neymar karyerasını nə vaxt bitirəcəyini açıqladı
"Yuventus" 3 mövqeyə transfer edəcək
Azərbaycanı dünya çempionatında təmsil edəcək cüdoçular
Dizindən zədələnsə də, millidə qalır
Yeni müqavilə “Real”a baha başa gəldi
Fonsekanı o əvəzlədi
Azərbaycan millisinin heyətində dəyişiklik