Medianın İnkişafı Agentliyinin layihəsi
Bu həftə avrokuboklarda - Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasında 2026/27 mövsümünün ilk mərhələlərinin püşkü atılıb. Beləliklə, Azərbaycan təmsilçilərinin də rəqiblərinin adına aydınlıq gəlib.
“Sabah” Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Uels TNS-i ilə üz-üzə gələcək. “Qarabağ” Avropa Liqasının ilk turunda İslandiya “Vestri”sini sınağa çəkəcək. “Zirə” Konfrans Liqasının 1-ci təsnifat mərhələsində “Torpedo” (Gürcüstan) səddini aşmağa çalışacaq. “Neftçi”nin isə KL-in 2-ci mərhələsindəki rəqibi “Dinamo” (Minsk, Belarus) - "Sileks" (Şimali Makedoniya) cütünün qalibi olacaq.
Azərbaycanın Əməkdar məşqçisi Ağasəlim Mircavadov və futbol mütəxəssisi Şahin Diniyev klublarımızın rəqibləri ilə bağlı öz fikirlərini bölüşüblər.
A.Mircavadov əvvəlcə “Sabah”ın TNS-lə keçirəcəyi görüşlərdən söz açıb: “Biz əvvəllər fikirləşirdik ki, komandalarımıza zəif klublar düşsün. Ancaq bilmirdik ki, biz özümüz güclüyük, ya zəifik. İndiki halda bütün ölkələrdə futbol inkişaf edir. Bunu dünya çempionatı da göstərir. Hətta Kürasao belə mundialda oynayır. Məsələ budur ki, biz hazır olmalıyıq, biz inkişaf etməliyik. Əsas amillərdən biri budur. “Sabah”a gəldikdə isə onlar Premyer Liqanı və Azərbaycan kubokunu öz oyunları ilə qazandılar. Yaxşı cəhətlərdən biri də budur ki, komanda öz heyətini qorudu. Eşitdiyimə görə, onlar lazım olan mövqelərə də oyunçular alıblar. “Sabah” heyət baxımından hazırdır. Ancaq bir məsələ var ki, hazırlaşmağa vaxtları az olacaq. Çünki Çempionlar Liqasına 1-ci mərhələdən qatılacaqlar. Burada baş məşqçinin təcrübəsi, futbolçuların istəyi əsas amillərdən biri olacaq. Mən deyərdim ki, “Sabah” öz oyunu ilə 1-ci mərhələni keçməlidir. Amma futbolçuların hazır olması, fərdi iş vacibdir. İnanıram ki, “Sabah” növbəti mərhələyə yüksələcək”.

Ağasəlim Mircavadov
O, “Qarabağ”ın rəqibi “Vestri”ni dəyərləndirib: “Mən “Neftçi”də işləyəndə İslandiya çempionu ("Hafnarfraydar" - red.) ilə qarşılaşdıq. Onları həm səfərdə, həm də evdə udduq. Mən deyərdim ki, İslandiya futbol ölkəsinə çevrilir. Yaddan çıxarmayaq ki, onlar 2018-ci ildə Rusiyada keçirilən dünya çempionatında da oynayıblar. Hətta İslandiya millisinin qapıçısı bir müddət “Qarabağ”da da oynadı. “Qarabağ” son həftələrdə istədiyi oyunçuları transfer edib. Heyətdə dəyişikliklər var. “Qarabağ” hər il avrokubokların qrup mərhələsində oynayır. Biz də, “Qarabağ” da bu uğurun davam etməsini istəyirik. “Qarabağ” öz oyunu ilə Avropa Liqasının Liqa mərhələsində mübarizə aparmağa qadirdir. Onların ötən mövsüm Çempionlar Liqasında yüksək səviyyədə çıxış etməsi belə deməyə əsas verir. Heyətdə dəyişiklik var, olacaq da. Amma komandanın məşqçi heyəti təcrübəlidir. “Qarabağ” mərhələ adlayacaq. Düzdür, hazırlaşmaq üçün vaxt az olacaq. Lakin “Qarabağ” belə hallara alışıb. Bu, onlar üçün yenilik deyil”.
Mütəxəssis “Neftçi”nin 2-ci təsnifat mərhələsindən başlamasının əlavə üstünlük olduğunu vurğulayıb: “Neftçi”nin 2-ci təsnifat mərhələsindən başlaması yaxşı haldır. Hazırlıq üçün vaxt qazanırlar. Bundan yaxşı istifadə etməlidirlər. Həm də qarşılaşacağı komandanın 1-ci mərhələdəki oyununu izləyə biləcəklər. Və əlbəttə ki, düzgün analiz də vacibdir. Məncə, “Neftçi” üçün problem olmayacaq.
O, “Zirə”nin “Torpedo” səddini aşacağına inandığını söyləyib: “Torpedo”nu SSRİ dövründən tanıyıram. Onlara qarşı oynamışam. Baş məşqçi kimi də qarşılaşmışam. “Torpedo” bazası olan komandadır. Onların ən yaxşı futbolçuları Tiflis “Dinamo”suna gedirlər. Son illərdə görürəm ki, “Torpedo” hər il avrokuboklarda oynayır. Ona görə də “Zirə” hər şeyə hazır olmalıdır. Özləri də bilirlər ki, asan olmayacaq. Yenə də inanıram ki, “Zirə” bu mərhələni keçəcək”.
Şahin Diniyev də “Sabah” və “Qarabağ”ın mərhələ adlayacağına əmin olduğunu deyib: “Hər üç komandamıza dişlərinə görə rəqib düşüb. Həm “Qarabağ”ın, həm “Sabah”ın daha asan rəqibləri var. Ancaq ciddi yanaşmaq lazımdır. Avropada asan rəqib yoxdur. Lakin səviyyə baxımından bu gün “Qarabağ” da, “Sabah” da öz rəqiblərindən üstündür. Səhv etmirəmsə, “Vestri” 1-ci divizyona düşən komandadır. Hər ikisinin mərhələ adlamaq şansları böyükdür və keçməlidirlər. Ancaq rəqibə ciddi yanaşmalıdırlar".

Şahin Diniyev
O, “Zirə” ilə “Torpedo”nun şanslarının bərabər olduğunu vurğulayıb: “Zirə”nin durumuna gəldikdə isə, şanslar 50-50-yədir. “Zirə”də axsamalar var. “Zirə” avrokuboklarda “Turan Tovuz”un yerinə oynayacaq. Planları Premyer Liqaya hazırlaşmaq idi. Amma birdən-birə qısa zamanda 1-ci təsnifat mərhələsinə hazırlaşmalı olacaqlar. “Zirə”dən çox futbolçu getdi. Onların yerini doldurmaq üçün zamana ehtiyac var. Bu zaman məsələsi də “Zirə”nin əleyhinədir. Lakin düşünürəm ki, şanslar bərabərdir”.
Mütəxəssis “Neftçi”nin rəqibi olan “Dinamo” - “Sieleks” cütünə də toxunub: “Neftçi” bu gün yaxşı heyətə malikdir, yaxşı oyun dəsti-xətti var. Avrokubokların 1-ci təsnifat mərhələsində komandalara qiymət vermək olmur. Nə öz komandalarımıza, nə də digərlərinə. Öz komandalarımızı daha çox görürük deyə onlardakı dəyişiklikləri seçə bilirik. Ancaq rəqib komanda barədə proqnoz vermək olmur. Yalnız adına görə nəsə deyə bilərik. “Dinamo” Belarusun “Neftçi”sidir. Belarusda “Şaxtyor”, BATE kimi klublara baxmayaraq, “Dinamo” hər zaman seçilib. Markası üstündə olan komandadır. Şimali Makedoniya futbolu isə ildən-ilə inkişaf edir. İndi yalnız adlarına görə qiymət vermək olar. Ancaq 1-ci turdan sonra klubların gücünə baxaraq daha rahat danışmaq mümkün olacaq. İndi peşəkar şəkildə qiymət vermək çətindir. Sanki qaranlıq otaqda bir pişik axtarırıq”.
Nur Zeynalova
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub.

Premyer Liqa klubu Kenan Yıldızla maraqlanır
Zədəsinə görə millinin məşqini buraxdı
Almaniya - Kot-d’İvuar matçının heyətləri açıqlandı
Niderland da 100-ü keçdi
İtaliyalı futbolçu yüksək maaş tələb edir
"Real"dan Olise açıqlaması
Daha 1 il “Şahdağ Qusar”da
"Qarabağ" "Zirə"yə qalib gəldi
Niderland - İsveç: Heyətlər
"Turan Tovuz"da 2 ayrılıq
“Neftçi” onunla müqaviləni yenilədi
Millinin baş məşqçisi start heyəti planından danışdı
"Türk xalqını məyus etdiyim üçün üzr istəyirəm"
“Zirə”dən yeni transfer
Bölgə klubu məşqçisini göndərdi
"Vaxt itirəcəksən və mundiala hazır olmayacaqsan"
“Neftçi” heyətini braziliyalı futbolçu ilə gücləndirdi
"Xəcalət çəkirik, utanırıq" - Arda Güler
"Qarabağ" Avstriya klubu ilə qarrşılaşacaq
"Zirə" onunla yolları ayırdı
Ronaldinyo karyerasını bərpa edir
Türkiyə ilə oyunda mundialın rekorduna imza atdı
"Şamaxı"dan ayrılan futbolçu "Sabah"da
Türkiyə pley-off şansını belə itirdi - Video