Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı
Məlum olduğu kimi, "Qarabağ"ın 13 yaşadək futbolçulardan ibarət komandası Bolqarıstanda keçirilən “Sozopol Cup 2025” turnirinin qalibi olub.
Qrup mərhələsinin 5 oyununda 10 xal toplayan "Qarabağ" yarımfinalda “Levski”ni, finalda isə “Burqas”ı (hər ikisi Bolqarıstan) məğlub edərək yarışın qalibi adını qazanıb.

A qrupunda yarışan “Qarabağ” turnirdə 7 oyun keçirib ki, rəqiblərin hamısı Bolqarıstan klubu olub.
"Qarabağ"ın "Sozopol Cup" turnirindəki oyunları
Qrup mərhələsi
“Septemvri” – “Qarabağ” – 0:2
“Qarabağ” – “Olimpiya” – 5:1
“Qarabağ” – “Etar” – 0:1
“Ludoqorets” – “Qarabağ” – 1:1
“Botev” – “Qarabağ” – 0:2
Yarımfinal
“Levski” – “Qarabağ” – 0:0 (Penaltilər – 3:4)
Final
“Qarabağ” – “Burqas” – 2:0
Mövzu ilə bağlı komandanın baş məşqçisi Elçin Xudadatovla danışdıq. Əvvəlcə turnirlə bağlı məlumat verən mütəxəssis qeyd edib ki, belə yarışlər yeniyetmə futbolçuların inkişafına böyük təkandır: “Sozopol Cup” turniri 12 komandadan ibarət 2 qrup halında keçirilirdi. Ümumilikdə 6 günə 7 oyuna çıxdıq. Hər oyun 60 dəqiqə oldu. Hər hissə isə 30 dəqiqədən ibarət idi. Komandanın “Levski” ilə yarımfinal matçındakı əzmkarlığı məni həqiqətən valeh etdi. Bütün matçlarda uşaqlar çox yaxşı təsir bağışladılar. Futbolçulardan bir neçəsinin adını çəkə bilərəm. Sirac Quluzadə, Sənan Zeynallı, Ayxan Verdiyev, İsmayıl Rəsulov, Kamil Bədirxanlı , Emil Həsənzadə, Zəfər İbrahim. Əslində usaqların hamısı yaxşı oyun nümayiş etdirdi. Elə bunun sayəsində bütün rəqibləri üstələyib 1-ci olduq.
Belə turnirlərdə iştirak etmək futobolçulara çox fayda verir. Beynəlxalq arenada təcrübənin artması, daha da güclü rəqiblərlə rastlaşmaları onların yaxşı futbolçu kimi yetişməsi üçün çox vacibdir. Azərbaycanda U-13 liqasında hər komandada 9 futbolçu olur. “Sozopol Cup”da isə oyunlar 11-11-ə keçirilirdi. Bu, bir tərəfdən də bizim uşaqlara növbəti mövsümdə 11-11-ə oynamaları üçün bir təcrübə idi”.

Uzun müddət “Qarabağ”da çıxış edən veteran futbolçu qeyd edib ki, gəlacakdə də bu cür turnirlərə qatılmaq planlaşdırılır: "Hələlik növbəti turnirin harada və nə zaman keçirilməsı haqda məlumatsızam: Bu cür turnirlərdə bir mütəxəsis kimi, beynəlxalq oyunlarda uşaları necə qorumaq , onları necə oyuna hazırlamaq, oyuna necə motivasiya etmək bizi də həvəsləndirir. Yəni belə yarışların uşaqlarla yanaşı, biz məşqçilərə də faydalı olduğunu düşünürəm. Beynəlxaq yarışda yaxşı nəticə qazanmaq isə əlavə bir motivasiyadır. Belə nəticələr olduqda yaxın gələcəyə inamla baxırıq. Düzdür, uşaq futbolunda nəticə o qədər də önəmli deyil. Amma bununla belə, bu yaşda uşaqlarda qələbə ruhunun formalaşması da lazımdır. Onlar erkən yaşlarından futbolun sirrlərini öyrənməklə yanaşı, həm də əzmkarlığa, sona qədər mübarizə aparmağa və qələbələrin necə qazanılmasına alışmalıdırlar".
Qarşıdan 60 illik yubliyei gələn Elçin Xudadatov qeyd edib ki, komandası beynəlxalq turnirin qalibi olmaqla ona əsl doğum günü hədiyyəsi edib. İyulun 3-də 60 yaşını qeyd edəcək mütəxəssis komandasının çempion olmaqla onu çox sevindirdiyini bildirib.
Nur Zeynalova
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub.

Birlikdə 100 qol vurdular
Alvares La Liqadan gedəcək?
"Atletiko" - "Arsenal" matçının start heyətləri açıqlandı
Muradov başladı, Cəfərli bitirdi
FİFA DÇ-2026-nın mükafat fondunu artırdı
"Şahdağ Qusar" və "Zaqatala"dan qələbə, "Şəfa" xal itirdi
Rəqibə yumruq atan futbolçu sərt cəzalandırıldı
"Qolların hamısını dəf etmək çətin idi"
4 illik diskvalifikasiya olundu
Zidanın oğlu sıradan çıxdı
Hakimi yarımfinal matçını buraxa bilər
Qapını 70 yaşlı qapıçıya həvalə edəcəklər
Türkiyə Kubokunda finalın vaxtı və yeri dəyişdi
"Neftçi" - "Qarabağ" oyununun hakimləri açıqlandı
“Qarabağ” portuqaliyalı futbolçu ilə maraqlanır
Fransa klubunda baş məşqçi ayrılığı
"Bayer"lə yeni müqavilə bağladı - Rəsmi
AFFA İntizam Komitəsinin qərarları
Noyer ÇL antirekordunu təkrarladı
AFFA-nın vitse-prezidenti "Nou Kamp"dakı oyuna təyinat aldı
FİFA futbola məcburi 1 yerli gənc oyunçu limiti gətirir
Azərbaycan millisi UEFA İnkişaf Turnirində iştirak edəcək
Kompani PSJ ilə oyun və şansları haqda
Keyn Cerrardın rekordunu qırdı
Azərbaycanı "Böyük Dəbilqə"də kimlər təmsil edəcək?
"Atletiko" - "Arsenal" oyununu yayımlayacaq kanallar
Hacı Əliyevin ad günündə kimlər var idi? - Video
"Bavariya" son dəfə 31 il əvvəl 5 qol buraxıb
Enrike ilə Kompani arasında maraqlı dialoq - Video
Parisdə “qol yağışı” - Video
Luis Enrike: “Bu, məşqçi karyeramdakı ən yaxşı oyun idi”
Çempionlar Liqasında belə hesab olmayıb
PSJ - “Bavariya” matçında 9 qol
Kvaratsxeliya PSJ-nin tarixinə düşdü
Premyer Liqa matçlarının tarixləri dəyişdirildi
Şəmkirdə vurulan 7 qol - Video
PSJ - "Bavariya" matçının heyətləri açıqlandı
Kurtua "El-Klassiko"ya hazırlaşır
FİFA-nı sülh mükafatını ləğv etməyə çağırdı
"Qalatasaray"ın hücumçusunu polisə şikayət etdilər
“Xankəndi” - “Qaradağ Lökbatan” matçından - Video
"Barselona" yenidən "Kamp Nou"nu tərk etməli olacaq