Medianın İnkişafı Agentliyinin layihəsi
20-21 sentyabr tarixlərində Rusiyada ənənəvi "Əfsanələr Kuboku" təşkil olunub. Sayca 15-ci turnir Azərbaycan futbolu üçün də əlamətdar olub. Belə ki, əfsanələr arasında SSRİ U-16 yığmasının heyətində dünya (1987), U-19 millisi ilə isə Avropa çempionu (1988) olan azərbaycanlı Arif Əsədov da yer alıb.
Bugünkü həmsöhbətimiz də məhz Azərbaycan millisinin sabiq baş məşqçisi Arif Əsədovdur. O, turnir haqda fikirlərini, təəssüratlarını bölüşüb və yaşadığı maraqlı anlardan danışıb.

Mütəxəssis builki "Əfsanələr Kuboku"na keçmiş SSRİ ölkələrindən olan sabiq oyunçuların dəvət edildiyini söyləyib: "Əfsanələr Kuboku" artıq 15 ildir ki, təşkil olunur. Turnir hər il yüksək səviyyədə keçirilir. Hər zaman da müxtəlif ölkələrin əfsanələri turnirə dəvət olunurlar. Bu dəfə 6 əfsanə çağırılmışdı. Onların arasında mən də var idim. Buiilki "Əfsanələr Kuboku"nda keçmiş SSRİ ölkələrində oynayan futbolçuların dəvəti prioritet götürülmüşdü".
O, keçirdikləri matçlardan da söz açıb: "Turnir 2 qrupdan ibarət komandalarla təşkil olundu. Bizim qrupumuzda Rusiya, biz və Serbiya əfsanələri, digər qrupda isə dünya, Avropa və Türkiyə əfsanələri yer almışdılar. İlk matçda Serbiya ilə qarşılaşdıq, 6:6 hesablı heç-heçə etdik. 2-ci oyunda Rusiyaya uduzduq. Rusiya hər iki oyunda qalib gəldi. Amma top sayı nisbətinə görrə biz qrupda 2-ci yeri tutaraq dünya əfsanələri ilə qarşılaşdıq. Sonda isə 4-cü yeri tutduq".

A.Əsədov "Əfsanələr Kuboku"nun ona dünya çempionatı təəssüratı yaşatdığını deyib: "Çox yüksək səviyyədə bir turnir təşkil olunmuşdu. Məndə mni dünya çempionatı kimi bir təəssürat yaratdı. Həm təşkilatçılıq, həm yanaşma, həm meydança, həm də azarkeş amili baxımından. Azərbaycanı bu turnirdə ilk dəfə mən təmsil etdim. Düşünürəm ki, bu, gələcəkdə bu, körpü rolu oynayacaq. Ümid edirəm ki, gələcəkdə bizim yüksək səviyyəli futbolçularımız yetişəcək və belə bir turnirdə iştirak edəcəklər".
Məşqçi vurğulayıb ki, bu turnirdə meydana çıxmaq ona futbolçu olduğu dövrləri xatırladıb: "Bütün komandalar 1 oteldə məskunlaşmışdılar. Hara baxırdın, ulduzları görürdün. Yaxından ünsiyyətimiz olurdu. Həm futbolumuz barədə müzakirələr gedirdi, həm onların futbol həyatından danışırdıq. Meydançada ab-hava elə idi ki, sanki xatirələrimizi yada salırdq. Özümüzün futbolçu olduğumuz dövrləri, dünya, Avropa, SSRİ çempionatlarındakı zamanlarımız yada düşürdü. Çünki digər iştirakçılar da keçmiş SSRİ ölkələrindən idilər. Əvvəl onlara rəqib kimi baxırdıq. Amma indi onlarla eyni komandada olduğumuz üçün maraqlı hislər keçirirdik. Digər tərəfdən Azərbaycanı təmsil etmək ayrı bir şərəf hissi idi. Başqa ölkələrin ulduzlarının içində Azərbaycan nümayəndəsi də olduğu üçün qürur duyurdum".

A.Əsədov qeyd edib ki, turnir zamanı bir çox məşhurla ünsiyyət qurub və Azərbaycan futbolu haqda müzakirələr aparıb: "Biz Laurentsiu Regekampfla görüşdük. Amma o, turirdə iştirak etmirdi. Başqa ulduzlar da var idi ki, biz onlarla meydança da üz-üzə gəldik, söhbət də etdik. Adrian Mutu ilə yaxından ünsiyyətimiz oldu. Bir az "Neftçi" haqda danışdıq. Braziliya ulduzlarından Lima, Aldairlə söhbətləşdik, şəkillər çəkdirdik. Türkiyə əfsanələrindən Tüncay Şanlı, Semih Şentürklə ünsiyyətimiz oldu. Rusiya komandasından Aleksandr Samedovla söhbətlər etdik. Neçə ildir ki, Azərbaycanı təmsil edir. Onunla həm millimizdən, həm ümumi ölkə futbolundan danışdıq, ümzakirələr apardıq. Serbiyadan isə Milan Bojeviç və bir çox ulduzlar vardı".

O, sözügedən məşhurların "Qarabağ"a marağından da söz açıb. A.Əsədov Ağdam təmsilçisinin Çempionlar Liqasının Liqa mərhəsinin ilk turunda "Benfika" üzərində qələbəsinin onlarda təəccüb yaratdığını deyib: "Onlar da təbii ki, futbolumuzla maraqlanırdılar. "Qarabağ" son illərdəki çıxışı ilə artıq dünyada səs salıb. Bu, həmin ulduzlarda da maraq oyandırıb. "Qarabağ"ın "Benfika" üzərində qələbəsindən də danışırdılar. Mən də təbii ki, "Qarabağ" haqqında məlumatlar verirdim. Bildirirdim ki, "Qarabağ" həm bizim TOP komandamızdır, həm də siyasi baxımdan bizim qürurumuzdur. Biz Vətən müharibəsində qalib gəldik, futbol meydanlarında da sübut edirik ki, xalqımız qalib xalqdır".
Nur Zeynalova
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

Bu gecə "El-Klasiko" var
Şeydayev oynadı, "Soçi" qələbə qazandı
Baş məşqçi meydandan qovuldu
Rüfət Abdullazadənin komandası məğlub oldu
“Məğlub olmadığımıza görə razı qala bilərik” - Yuri Vernidub
"Neftçi" - "Turan Tovuz" matçından - Video
Kurban Berdıyev heç-heçəni şərh etdi
Azərbaycanın iki güləşçisi dünya çempionatının finalında
Azərbaycan millisi mundiala böyükhesablı qələbə ilə başladı
"Kəpəz"in qələbəsindən - Video
"Yaxşı sponsorumuz olsa..." - Azər Məmmədov
“Hazırda çox çətin durumdayıq” - Zaur Həşimov
“Beşiktaş”ın müdafiəçisi sıradan çıxdı
"Mançester Siti" mövsümdə ilk məğlubiyyətini aldı
"Neftçi" - "Turan Tovuz" matçının heyətləri açıqlandı
“Transfer imkanlarına açığıq”
“Barselona” “Real”la matça necə hazırlaşır?
PSJ azarkeşləri: "Gəlin, matçı boykot edək"
Azərbaycan şahmatçılarındandan Avropa Kubokunda 2 medal
"Şəfa" - "Kəpəz" : Heyətlər
Mourinyo: "Sən ağıllısan, mən isə axmaq deyiləm!"
"Bavariya"dan Kompaninin səhhəti ilə bağlı açıqlama
187 ölkə, 1000-ə yaxın oyun – Bakıda tarixi futbol turniri
Çempionlar Liqasının yeni formatını sərt tənqid etdi
“Onun ideyaları məni cəlb etdi” - “Zirə”nin legioneri
Fransada etiraz aksiyalarına görə oyunun vaxtı dəyişdirildi
Ronaldodan maraqlı jest
Bu gün Bakıda U-15 dünya çempionatı başlayır
Bakı səfəri “Borussiya”nı yorub
Azərbaycan çempionatları tarixində 15000-ci qol
Yunuszadə - Kökçü qarşıdurmasında kim sevindi?
Andrade “Polesye”də növbəti qolunu vurdu
Superliqada 9-cu tur start götürdü