Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı
Məlum olduğu kimi, minifutbol üzrə 2025-ci il dünya çempionatı vətənimizdə keçirildi. 32 komandanın iştirak etdiyi turnirdə Azərbaycanın minifutbol millisi öz azarkeşləri qarşısında planetin ən güclüsü adını qazandı.
Bugünkü həmsöhbətimiz isə minifutbol millimizin üzvü Vüsal İsayevdir.
- Dünya çempionu olmaq necə hissdir? Komandada əhval-ruhiyyə necədir?
- Dünya çempionu olmaq çox gözəl hissdir. Bu hissi izah etmək olmur. Çox şükür ki, doğma meydanımızda dünya çempionu adını qazandıq. Daha əvvəl Avropa çempionu olmuşduq. Amma dünya çempionluğu sözlərlə izah olunmayan bir hissdir.
- Bir az hazırlıqdan danışaq. Dünya çempionatına necə hazırlaşmışdınız?
- Yarışa çox yaxşı hazırlamışdıq. 2 ay əvvəldən toplanmışdıq. Taktiki, texniki - bütün məşqləri etmişdik. Beynəlxalq turnirlər, təlim-məşq toplanışları... Çox ciddi şəkildə hazırlıq prosesi keçmişdik.
- Sizcə, mundialın Azərbaycanda keçirilməsi komanda üçün əlavə üstünlük yaratdımı?
- Əlbəttə. Dünya çempionatının Bakıda keçirilməyi bizim üçün stimul idi. Blirdik ki, azarkeşlərimiz qarşısında oynayacağıq. Bu, həm məsuliyyətlidir, həm də çox gözəldir. Düzdür, bir az həyəcan da var idi.
- Yeri gəlmişkən, azarkeşlərin dəstəyindən razı qaldınızmı?
- Bilirsiniz ki, o arena hər oyunda tam dolurdular. Azarkeşlər sağ olsunlar, dəstək olurdular. Möhtəşəm idilər. Onlar bizə əlavə güc verdilər. Hər oyun bitəndə arenanın dolu orduğunu görmək stimul verirdi. Şükürlər olsun ki, hər kəsi sevindirə bildik.
- Bəs, dünya çempionatının ən yadda qalan və ən çətin oyunu hansı idi?
- Bizim üçün ən çətin oyun 1/8 finalda Rumıniyaya qarşı matç idi. Çünki biz onları tanıyırdıq, bilirdik. Altıqat Avropa çempionudurlar. Bakıya son dünya çempionu olaraq gəlmişdilər. Gördüyünüz kimi, çətin oyun keçdi. Hesab 1:1 oldu. Penaltilər seriyasında biz qalib gəldik və növbəti mərhələyə keçdik. Məncə, ən çətin oyun bu idi.

- Artıq dünya çempionu olan komanda kimi növbəti hədəfiniz nədir?
- Hədəfimiz Avropa və dünya çempionatlarında yenə yaxşı nəticələr qazanmaqdır. Bundan sonra klub məşqləri başlayacaq. Bildiyiniz kimi, Azərbaycan Çempionlar Liqasında iki komanda ilə təmsil olunacaq. Hədəfimiz yaxşı nəticə qazanmaqdır. Daha sonra gələn il Avropa çempionatı keçirləcək. Bu turnirə də yaxşı hazırlaşacağıq.
- Dünya çempionatından əvvəl bu mundial üçün məqsədiniz nə idi? Dünya çempionu olacağınıza inanırdınız?
- Məqsədimiz finala çıxmaq idi. Federasiya tərəfindən hədəf qoyulmuşdu ki, doğma azarkeşlər qarşısında ən azından final oynamalıyıq. Çünki böyük bir təşkilatçılıq var idi. Hər şey yüksək səviyyədə idi. Biz də buna uyğun hazırlaşmışdıq. Özümüzə güvənirdik. Çünki biz 2022-ci ildə Avropa çempionu olmuşduq. Son dünya çempionatında 4-cü yerə çıxmışdıq. Yəni, ən azından medal qazanmalı idik. Bu medal qızıl oldu.
- Son olaraq, ölkəmizdə minifutbola marağı necə qiymətləndirirsiniz?
- Minifutbola maraq gündən-günə artır. Biz 2022-ci ildə Avropa çempionu olduqdan sonra marağın səviyyəsi daha da yüksəlmişdi. İnanıram ki, dünya çempionluğumuzdan maraq bir az da artacaq. Sponsorlar cəmlənəcək, Azərbaycan çempionatı lap yüksək səviyyədə keçiriləcək. Mən belə düşünürəm. Azərbaycanda minifutbolun inkişafında az da olsa, bizim də əməyimiz var.
Nur Zeynalova
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

Birlikdə 100 qol vurdular
Alvares La Liqadan gedəcək?
"Atletiko" - "Arsenal" matçının start heyətləri açıqlandı
Muradov başladı, Cəfərli bitirdi
FİFA DÇ-2026-nın mükafat fondunu artırdı
"Şahdağ Qusar" və "Zaqatala"dan qələbə, "Şəfa" xal itirdi
Rəqibə yumruq atan futbolçu sərt cəzalandırıldı
"Qolların hamısını dəf etmək çətin idi"
4 illik diskvalifikasiya olundu
Zidanın oğlu sıradan çıxdı
Hakimi yarımfinal matçını buraxa bilər
Qapını 70 yaşlı qapıçıya həvalə edəcəklər
Türkiyə Kubokunda finalın vaxtı və yeri dəyişdi
"Neftçi" - "Qarabağ" oyununun hakimləri açıqlandı
“Qarabağ” portuqaliyalı futbolçu ilə maraqlanır
Fransa klubunda baş məşqçi ayrılığı
"Bayer"lə yeni müqavilə bağladı - Rəsmi
AFFA İntizam Komitəsinin qərarları
Noyer ÇL antirekordunu təkrarladı
AFFA-nın vitse-prezidenti "Nou Kamp"dakı oyuna təyinat aldı
FİFA futbola məcburi 1 yerli gənc oyunçu limiti gətirir
Azərbaycan millisi UEFA İnkişaf Turnirində iştirak edəcək
Kompani PSJ ilə oyun və şansları haqda
Keyn Cerrardın rekordunu qırdı
Azərbaycanı "Böyük Dəbilqə"də kimlər təmsil edəcək?
"Atletiko" - "Arsenal" oyununu yayımlayacaq kanallar
Hacı Əliyevin ad günündə kimlər var idi? - Video
"Bavariya" son dəfə 31 il əvvəl 5 qol buraxıb
Enrike ilə Kompani arasında maraqlı dialoq - Video
Parisdə “qol yağışı” - Video
Luis Enrike: “Bu, məşqçi karyeramdakı ən yaxşı oyun idi”
Çempionlar Liqasında belə hesab olmayıb
PSJ - “Bavariya” matçında 9 qol
Kvaratsxeliya PSJ-nin tarixinə düşdü
Premyer Liqa matçlarının tarixləri dəyişdirildi
Şəmkirdə vurulan 7 qol - Video
PSJ - "Bavariya" matçının heyətləri açıqlandı
Kurtua "El-Klassiko"ya hazırlaşır
FİFA-nı sülh mükafatını ləğv etməyə çağırdı
"Qalatasaray"ın hücumçusunu polisə şikayət etdilər
“Xankəndi” - “Qaradağ Lökbatan” matçından - Video
"Barselona" yenidən "Kamp Nou"nu tərk etməli olacaq