“Zirə”nin müdafiəçisi Anje Mutsinzinin QOL.az saytına müsahibəsi
- Misli Premyer Liqasının IX turunda “Sumqayıt”ı çətinliklə məğlub etdiniz. 3:2 hesablı qələbəni necə şərh edərdiniz?
- Qalib gəldiyimiz, 3 xal qazandığımız üçün çox şadıq. Amma oyun həqiqətən də çox çətin keçdi. Əslində, matça yaxşı başlamışdıq. Sonradan vəziyyət dəyişdi, rəqib hesabı bərabərləşdirdi. Bununla belə, çətin də olsa, qalib gələ bildik.
- İlk hissənin ortalarında hesab 2:0 idi. Sonradan nə baş verdi ki, rəqib üstünlüyü ələ aldı?
- Dəqiq cavab verməkdə bir qədər çətinlik çəkirəm. Futbolda belə hallar olur. Bəlkə də bu, çoxlu qol şansını qaçırmağımızdan irəli gəlir. Əgər ilk hissədə üçüncü qolu vursaydıq, böyük ehtimalla, rəqib təslim olacaqdı. Epizodları qaçırmaqla rəqibə motivasiya verirsən. Digər tərəfdən də, “Sumqayıt” da çox yaxşı komandadır. Heyətlərində güclü futbolçular var. Onları məğlub etmək heç də asan deyil.
- Bəs hesab bərabərləşdikdən sonra qələbəyə inamınız qalmışdı?
- İnanırdıq. Məhz bu səbəbdən də sona qədər mübarizə apardıq, əlimizdən gələni etdik. Yekunda da istəyimizə çatdıq. Üçüncü qolu vurmaqla qalib gəldik və buna görə çox xoşbəxtik.
- Buna qədər “Zirə” son 5 turda qələbə qazana bilməmişdi. Bu məqam psixoloji cəhətdən komandaya nə dərəcədə təsir edirdi?
- Təbii ki, son turlarda qeydə alınan nəticələr bizi qane edə bilməz. Hazırda heyətimizdə çoxlu zədəli futbolçu var. Bu da nəticələrə təsirini göstərir. “Sumqayıt”la matçda uğursuz seriyaya son qoyduq. İnanıram ki, bu qələbənin ardı gələcək və növbəti matçlarda da 3 xal qazanacağıq.
- Növbəti turda “Araz-Naxçıvan”la üz-üzə gələcəksiniz...
- Asan oyun keçməyəcək. “Araz-Naxçıvan”ın oyununa baxmışam. Çox yaxşı çıxış edirlər. Bu səbəbdən də bizi gərgin oyun gözləyir. Rəqib uğursuz seriyaya son qoymaq istəyəcək. Odur ki, 3 xal qazanmaq heç də asan olmayacaq. Lakin əlimizdən gələni edəcəyik. Məqsədimiz qələbədir.
- Bu gün isə “Səbail”ə qarşı kubok oyunu var. Bu turnirdə “Zirə”nin hədəfi nədir?
- Ötən mövsüm finala qədər irəliləmişdik. Finalda məğlub olduq. Bu il də kubokda bacardığımız qədər irəli getmək istəyirik. Necə alınacağını isə zaman göstərəcək.
30 il sonra...
PSJ ilin klubu seçildi
“Qızıl top”un "qalib"ini səhvən açıqladılar - Şəkillər
Murad oynadı, komandası xal itirdi
Rövşən Nəcəfin bu addımı maraqla qarşılandı - Video
Pyerluici Kollina Bakıda - Video
“Milan”ın futbolçusu derbini buraxa bilər
“Qalatasaray” - “Fənərbaxça” matçının heyətləri açıqlandı
Həm sürəti, həm də oyunu ilə seçildi
Canni İnfantino Hövsan Yarış Kompleksində - Şəkillər
"ÇL-də oynamaq hər idmançıya qismət olmur" - Fərid Ələkbərov
La Liqa matçları təxirə salındı
Azərbaycan millisi qrupda çıxışını məğlubiyyətlə başa vurdu
“Çempion olacağımıza inanıram” - Kadi Borges
“Futbolçular təzyiqin öhdəsindən gəldilər” - Famil Xəlilov
“Barselona”nın futbolçusu sıradan çıxdı
Messi də “Qızıl top”un təqdimetmə mərasiminə qatılmayacaq
“Kayrat”ın baş məşqçisi istefa verdi
Ronaldonun qolu mübahisə yaratdı – Rəsmi qərar açıqlandı
Qazaxıstanda çempion bəlli oldu
Bundesliqada 100-cü qolunu vurdu
Bu həftə “Qarabağ” – “Dinamo” Zaqreb oyunu var
Sabiq futbolçunu it dişlədi, 50-dən çox tikiş qoyuldu
Rəşad Sadıqovla 250-ci oyun
Kubokda hakim təyinatları açıqlandı
Azərbaycan boksçusu Avropa çempionu oldu
Modriç İbrahimoviçin rekordunu qırdı
"Real" "Barselona"nı belə dayandırdı - Video
Mbappenin “Real”da 100-cü qolu
Maykl Kerrikin “kitabı bağlandı”