“Beşiktaş” klubu “Qalatasaray” - “Fənərbağça” derbisindən (2:1) sonra baş verən kütləvi davaya münasibət bildirib.
QOL.az xəbər verir ki, İstanbul təmsilçisi Türkiyə Futbol Federasiyasını (TFF) və oyunun yayımçısını ikili standartlarda ittiham edib. Klub bununla bağlı bəyanat yayıb.
“Beşiktaş” bir neçə həftə əvvəl futbolçusu Duşan Vlahoviçin hərəkətinin dəfələrlə və müxtəlif rakurslardan yayımlandığını xatırladıb. Klubun sözlərinə görə, bu görüntülər futbolçunun diskvalifikasiya olunmasına zəmin yaradıb.
İstanbul təmsilçisi son derbidəki kütləvi dava zamanı isə yayımçının ümumi planlara keçərək hadisələri göstərməkdən yayındığını bildirib.
“Beşiktaş”dan söhbət gedəndə niyə yaxın planlardan istifadə olunur, digər klubların iştirakı ilə baş verən insidentlər isə ümumi planlarla ört-basdır edilir?” - deyə bəyanatda qeyd olunub.
30 il sonra...
PSJ ilin klubu seçildi
“Qızıl top”un "qalib"ini səhvən açıqladılar - Şəkillər
Murad oynadı, komandası xal itirdi
Rövşən Nəcəfin bu addımı maraqla qarşılandı - Video
Pyerluici Kollina Bakıda - Video
“Milan”ın futbolçusu derbini buraxa bilər
“Qalatasaray” - “Fənərbaxça” matçının heyətləri açıqlandı
Həm sürəti, həm də oyunu ilə seçildi
Canni İnfantino Hövsan Yarış Kompleksində - Şəkillər
"ÇL-də oynamaq hər idmançıya qismət olmur" - Fərid Ələkbərov
La Liqa matçları təxirə salındı
Azərbaycan millisi qrupda çıxışını məğlubiyyətlə başa vurdu
“Çempion olacağımıza inanıram” - Kadi Borges
“Futbolçular təzyiqin öhdəsindən gəldilər” - Famil Xəlilov
“Barselona”nın futbolçusu sıradan çıxdı