Azərbaycan millisi Çiliyə uduzdu

Azərbaycan millisi Çiliyə uduzdu
ÖLKƏ FUTBOLU 28 Oktyabr 2026 / 12:26 1057
-  A +

Bu gün Azərbaycanın U-15 millisi Bakıda təşkil olunan dünya çempionatı və festivalında növbəti matçına çıxıb.

QOL.az xəbər verir ki, Famil Xəlilovun komandası C Divizionunun (65-96-cı yerlər uğrunda) 1/16 final mərhələsində Çili yığması ilə qarşılaşıb. Hövsan Yarış Kompleksindəki 7B stadionunda keçirilən oyun Çilinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Millimiz növbəti mərhələdə Cəbəllütariqlə üz-üzə gələcək. Adıçəkilən komanda 1/16 finalda Belarusa 0:6 hesabı ilə uduzub.

Azərbaycan - Cəbəllütariq görüşü bu gün keçiriləcək və saat 18:15-də başlayacaq.

Xatırladaq ki, Azərbaycan millisi AF qrupu 3-cü pillədə başa vurub və C Divizionuna vəsiqə qazanıb. Yığmamız qrupda Timor-Lesteyə 6:0, Andorraya 1:0, İsrailə 3:1 hesabı ilə qalib gəlib, Avstraliyaya 1:3, Haitiyə isə 0:4 hesabı ilə uduzub.

Daha çox


Qarabağ FK
Son xəbərlər
27.10.26  10:27

30 il sonra...

topaz banner