Cəlal oynadı, komandası liderliyə yüksəldi

Cəlal oynadı, komandası liderliyə yüksəldi
DÜNYA FUTBOLU 27 Oktyabr 2026 / 21:38 440
-  A +

Rumıniya Kubokunda 2-ci turun oyunları keçirilir. 

QOL.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynovun çıxış etdiyi "Petrolul" səfərdə "Spartak"ın (Proqresul) qonağı olub. Qarşılaşma "Petrolul"un böyük hesablı qələbəsi ilə başa çatıb - 6:0.

27 oktyabr

"Spartak" (Proqresul) - "Petrolul" - 0:6
Qollar:
Rareş Leesku, 28, 57, 88, Alexandro Bran, 32, David Parasçiv, 69, 85

Qeyd edək ki, Cəlal Hüseynov matça start heyətində başlayıb. Bu qələbədən sonra xallarının sayını 3-ə çatdıran "Petrolul" B qrupunda 1-ci pilləyə yüksəlib.


Qarabağ FK
Son xəbərlər
topaz banner