"Şəfa" klubu tezliklə öz stadionuna qovuşacaq. Komanda ev oyunlarını keçirmək üçün "Baku Arena"nı (keçmiş "Şəfa" stadionu) icarəyə götürüb.
Bu barədə QOL.az-a açıqlamasında klubun vitse-prezidenti Əfran İsmayılov məlumat verib.
Bu mövsüm Misli Premyer Liqasına yüksələn klub ev oyunlarını hələlik Sumqayıtdakı “SOCAR Polymer Arena”da keçirir. Klub rəsmisinin sözlərinə görə, hələlik "Baku Arena" adlanacaq arenada təmir-bərpa işləri başa çatmaq üzrədir: Hətta komanda bəzi məşqlərini də bu stadionda edir:
"Bu arena həm ərazi baxımından, həm də stadion kimi çox möhtəşəmdir. Şükürlər olsun ki, bizə qismət oldu. Demək olar ki, tez bir zamanda stadionu bərpa etdik. Paltardəyişmə otağı və skyboxlarda işlər son mərhələdədir. Arena oyun üçün demək olar ki, hazırdır. FİFA nümayəndələri baxdılar və bildirdilər ki, həqiqətən də çox yaxşı stadiondur və yaxşı düzəltmisiniz. Stadionu çox təriflədilər. Yəqin ki, onların yekun cavabı 2 və ya 4 həftəyə qədər olacaq. Biz də çalışırıq ki, tez bir zamanda cavabı PFL-ə təqdim edək ki, oyunlarımızı öz meydanımızda keçirək".
Ə.İsmayılov rəqibləri Sumqayıtda qəbul etməyin çətin olduğunu əlavə edib: "Bizə də Sumqayıtda oynamaq çətindir. Ev oyunumuz olsa da, elə bil səfərə gedirik. Şükürlər olsun ki, artıq komanda bəzi məşqlərini öz arenamızda edir. Çalışırıq ki, tez bir zamanda öz stadionumuza qayıdaq".
30 il sonra...
PSJ ilin klubu seçildi
“Qızıl top”un "qalib"ini səhvən açıqladılar - Şəkillər
Murad oynadı, komandası xal itirdi
Rövşən Nəcəfin bu addımı maraqla qarşılandı - Video
Pyerluici Kollina Bakıda - Video
“Milan”ın futbolçusu derbini buraxa bilər
“Qalatasaray” - “Fənərbaxça” matçının heyətləri açıqlandı
Həm sürəti, həm də oyunu ilə seçildi
Canni İnfantino Hövsan Yarış Kompleksində - Şəkillər
"ÇL-də oynamaq hər idmançıya qismət olmur" - Fərid Ələkbərov
La Liqa matçları təxirə salındı
Azərbaycan millisi qrupda çıxışını məğlubiyyətlə başa vurdu
“Çempion olacağımıza inanıram” - Kadi Borges
“Futbolçular təzyiqin öhdəsindən gəldilər” - Famil Xəlilov
“Barselona”nın futbolçusu sıradan çıxdı
Messi də “Qızıl top”un təqdimetmə mərasiminə qatılmayacaq
“Kayrat”ın baş məşqçisi istefa verdi