Laporta "El-Klasiko"dakı məğlubiyyətdən danışdı

Laporta "El-Klasiko"dakı məğlubiyyətdən danışdı
XƏBƏR 27 Oktyabr 2026 / 11:59 425
-  A +

“Barselona”nın prezidenti Joan Laporta İspaniya La Liqasının 10-cu turunda “Real”a 1:2 hesabı ilə məğlub olduqları oyundan sonra fikirlərini bölüşüb.

QOL.az xəbər verir ki, klub rəhbəri məğlubiyyətin ağır zərbə olduğunu, lakin komandanın tez toparlanacağına inandığını bildirib.

“Bu, ağır zərbədir. Ancaq futbolçularımız gəncdirlər və tez özlərinə gəlirlər. Baş məşqçi baş verənləri operativ şəkildə təhlil edib. Qarşıda hələ uzun yol var.

Rəqib əsas oyunçularımıza sıx nəzarət edirdi. Biz hələ də turnir cədvəlində birinci yerdəyik. Məqsədlərimiz dəyişməz olaraq qalır”.


Qarabağ FK
Son xəbərlər
topaz banner