Yamalın atası yenə insident törətdi

Yamalın atası yenə insident törətdi
DÜNYA FUTBOLU 28 Oktyabr 2026 / 14:00 533
-  A +

“Barselona”nın 19 yaşlı futbolçusu Lamin Yamalın atası Munir Nasraui bu dəfə Barselona hava limanında insident törətməkdə ittiham olunur.

QOL.az xəbər verir ki, bu haqda “El Español” nəşri məlumat yayıb. Hadisə hava limanındakı kafeteriya zonasında baş verib.

Belə ki, Nasraui gödəkçəsini icazə verilməyən yerdə qoyub. Buna görə obyektin əməkdaşlarından biri ona irad bildirib. Bu isə tərəflər arasında mübahisəyə səbəb olub. İddialara görə, Yamalın atası qadının üzünə tüpürüb.

Hadisəyə şahid olan sərnişinlərdən biri qadını müdafiə etməyə çalışıb. Lakin Nasraui onunla da mübahisə edib və stul götürərək həmin şəxsin üzərinə atmağa cəhd göstərib.

Qeyd edək ki, bu, son günlərdə Nasraui ilə bağlı yayılan ikinci qalmaqallı hadisədir. Bundan əvvəl o, Londonda “London Palladium” teatrının yaxınlığında, “Qızıl top” mükafatlandırma mərasimindən sonra baş verən insidentdə iştirak edib. Həmin vaxt Rusiyanın nümayəndə heyətinin operatorunun telefonu az qala sındırılıb. Hadisə Rusiyanın sabiq millisinin kapitanı Andrey Arşavinin gözü qarşısında baş verib.


Qarabağ FK
Son xəbərlər
27.10.26  10:27

30 il sonra...

topaz banner