Azərbaycanı Asiya kubokunda onlar təmsil edəcəklər

Azərbaycanı Asiya kubokunda onlar təmsil edəcəklər
CÜDO 27 Oktyabr 2026 / 12:24 159
-  A +

31 oktyabr – 1 noyabr tarixlərində İordaniyanın paytaxtı Ammanda cüdo üzrə gənclər arasında Asiya Kuboku keçiriləcək.

QOL.az xəbər verir ki, beynəlxalq yarışda ölkəmizi 4 çəki dərəcəsində 5 cüdoçu təmsil edəcək. İdmançılarımız tatamiyə gənc qızlardan ibarət millinin böyük məşqçisi Saşa Herkenrat-Vimar və yeniyetmə qızlardan ibarət yığmanın baş məşqçisi Elnur İsmayılovun rəhbərliyi altında çıxacaqlar.

Asiya Kubokunda 19 ölkədən 140 cüdoçu mübarizə aparacaq.

Qızlar 

-48 kq
Gülşən Hüseynova 
Gülgəz Musayeva  

-52 kq
Çinarə Sadıqova 

-57 kq
Aytən Verdiyeva 

-63 kq
Ayan Əliyeva

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner