Azərbaycan millisinin növbəti rəqibi müəyyənləşdi

Azərbaycan millisinin növbəti rəqibi müəyyənləşdi
ÖLKƏ FUTBOLU 27 Oktyabr 2026 / 17:26 653
-  A +

Azərbaycan millisi FIFA U-15 Dünya Çempionatı və Festivalı çərçivəsində növbəti oyununu keçirəcək.

QOL.az AFFA-nın saytına istinadən xəbər verir ki, yığmamız oktyabrın 28-də saat 11:30-da Hövsan Yarış Kompleksində Çili millisi ilə üz-üzə gələcək.

Qeyd edək ki, turnirin əsasnaməsinə əsasən, qalib komandalar 1/8 final mərhələsinə yüksələcəklər. Məğlub komandalar isə digər məğlub komandalarla qarşılaşacaqlar. Hər komanda 3-cü səbətdə ümumilikdə beş oyun keçirəcək. Bütün görüşlərini qələbə ilə başa vuran komanda bu səbətin qalibi olacaq və ümumi turnir sıralamasında 65-ci yeri tutacaq. Bütün oyunlarında məğlub olan komanda isə 3-cü səbətdə 32-ci, ümumi turnir sıralamasında isə 96-cı yerdə qərarlaşacaq.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner