Medianın İnkişafı Agentliyinin layihəsi
İkinci yazı
Birinci yazı burada
Mövsümün ikinci hissəsi üçün hazırlaşan Premyer Liqa klublarımız artıq təlim-məşq toplanışlarını başa vurmaq üzrədirlər. Komandalarımızın hazırlıq səviyyəsi və yeni transferləri necədir?
Bu və digər suallarımıza futbol mütəxəssisi Aslan Kərimovla söhbətimizdə cavab tapmağa çalışdıq. A.Kərimov Premyer Liqamızda yarışan 8 komandanın hər biri barədə fikirlərini bildirdi.
“Qəbələ”
“Qəbələ” fiziki hazırlığını keçirdiyi yoxlama oyunlarının sayı ilə artırmağa çalışır. Onlar yoldaşlıq görüşlərində qüvvələrini sınayırlar. Bunun vasitəsi ilə aldıqları yeni futbolçuları yoxlayırlar. Mən belə təxmin edirəm ki, “Qəbələ” daha çox oyun keçirməklə futbolçularının texnikasını, fiziki hazırlığını yüksəltməyə çalışır. Bu, effektli yollardan biridir. Hesab edirəm ki, “Qəbələ” mövsümün ilk yarısını futbol azarkeşləri üçün surpriz bir şəkildə bitirdi. Çünki bu şəraitlə, maddi durumla işin öhdəsindən gələ bildilər. İkinci yarıda da mövqelərini qoruya bilib-bilməyəcəkləri sual doğurur. Sabit çıxış etmək ehtiyat heyətin geniş olmalıdır. “Qəbələ”nin bu cəhətdən problem yaşayacağı açıq-aşkar görünür. Çünki bir neçə oyunçusu zədəlidir və onları tam olaraq əvəzləməklə bağlı problemləri oldu. Əgər əsas heyət oyunçularından kimsə zədələnsə, hər hansısa bir xoşagəlməz hadisə yaşansa, “Qəbələ” onun yerinə başqa bir futbolçu gətirməkdə çətinlik çəkə bilər. Buna görə də klub transfer bazarında aktiv olmalıdır. Amma maddi durumlarının necə olduğunu bilmirəm.
“Sabah”
“Sabah”ı Rusiyadan gələn mütəxəssis Murad Musayev çalışdırır. Eşitdiklərimə əsasən, deyə bilərəm ki, bu komandamız da futbolçuların texniki hazırlığından daha çox fiziki hazırlığına diqqət edir. Bir şeyi də qeyd edim ki, “Sabah” yeni baş məşqçi gəldikdən sonra ard-arda xallar qazanmağa başladı. Qış fasiləsinə qədər çox qısa zaman olduğu üçün Murad Musayevin oyun fəlsəfəsi, üslubu haqqında çox şey görə bilmədik. Ona görə də bu barədə danışmaq düzgün olmaz. Amma hesab edirəm ki, komanda mövsüm başlayanda Ramin Quliyevin baş məşqçiliyi altında neçə oynayırdısa, fasiləyədək də elə çıxış etdi. Murad Musayevin gəlişindən sonra isə futbolçuların bir az motivasiyası artdı deyə xallar qazanmağa başladılar. Lakin artıq müəyyən bir müddət keçdi. Təlim-məşq toplanışlarında Murad Musayev oyun üslubunu dəyişərək, öz düşüncələrini komandaya yansıdıbmı, yoxsa köhnə üslubda oynamağı seçib, biz bunu bilmirik. Mən inanmıram ki, Murad Musayevin üslubu Ramin Quliyevlə eyni olsun. Ən azından Rusiya futbol məktəbindən gəlmiş bir mütəxəssisin fəlsəfəsi yəqin ki, bir az fərqlidir. Bizim və futbol azarkeşləri üçün də fasilədən sonra “Sabah”ın yeni oyun fəsləfəsində necə çıxış edəcəyi çox maraqlıdır.
“Keşlə”
“Keşlə” təlim məşq toplanışını Bakıda keçirdi. “Səbail” ilə yoxlama görüşləri oynadılar. Bildiyimə görə, “Keşlə” 2-3 həftəliyinə komandaya fiziki hazırlıq məşqçisi cəlb edib. Bunun nə dərəcədə effekt verəcəyini bilmirəm. Çünki fitness hazırlığı 2-3 həftə ilə qaydaya düşəcək bir şey deyil. Bunun üçün bir neçə ay lazımdır. Oyunçuları uzun müddət tanımaq, onların performansını bilmək vacibdir. Amma ümid edirəm ki, ən azından Premyer Liqada bu fiziki hazırlığın faydasını görəcəklər.
“Səbail”
“Səbail” hazırda ağır vəziyyətdədir. Maddi cəhətdən çox problem yaşayırlar. Bu da sözsüz ki, onların Premyer Liqadakı çıxışına öz təsirini göstərəcək. Çünki peşəkar səviyyədə bir komandanın maddi problemləri də futbolçulara təsir edir. Oyunçularda nə qədər özgüvən olsa da, maddi problem yaşananda matçlara çıxmaq bir az çətin olur. Digər tərəfdən isə Turan Manafovu “Olimpiakos”a icarəyə veriblər. Onun yerinə kim oynayacaq, bilinmir. Təbii ki, maddi problemlərinə görə yeni futbolçu da ala bilmirlər. Onsuz da vəziyyətləri ağır idi, indi bir az da çətin duruma düşəcəklər. Ümid edirəm ki, maddi problemlərini həll edəcəklər. Çünki klubun texniki heyətində əslində bunun öhdəsindən gələ biləcək insanlar var. Biz “Səbail”in minimum büdcə ilə yaxşı oyun nümayiş etdirdiyi vaxtları görmüşük. Məncə, maddi çətinliklər həll olunarsa, komanda da əvvəlki durumuna qayıda bilər. Çünki istənilən halda ilk pillələrdə qərarlaşan komandalarımız üçün vacib məqam klubların rəqabətə dayanıqlı olmasıdır. Məsələn, “Qarabağ” “Səbail”ə yarım ayaqla qalib gəlsə, özlərini inkişaf etdirməkləri çox çətin olar. 2-3 dəfə avrokubok matçında oynamaqla komanda o qədər də yaxşı inkişaf etmir. Bu baxımdan daxili çempionatdakı klublarımızın da durumu yaxşılaşdırması vacibdir. Ümumilikdə deyə bilərəm ki, bütün komandalarımız müəyyən səviyyədə təlim-məşq toplanışı keçiblər, futbolçular alıblar. Bir çox hazırlıq prosesini Antalyada təşkil edib, fərqli-fərqli komandalarla yoxlama oyununda üz-üzə gəlib. Bunun vasitəsi ilə üstün və və zəif tərəflərini görə biliblər. Yalnız 2 komandamız Bakıda qaldı. Bu 2 klub Premyer Liqanın turnir cədvəlinin son yerlərini tutan komandalardır. Mən bunu maddi problemlə əlaqələndirirəm. İmkanları olsaydı, sözsüz ki, onlar da Antalyada təlim-məşq toplanışı keçərdilər. Yalnız fasilənin ardından çempionatımızın ilk 2 turundan sonra komandalarımızın hazırlığını müzakirə edə bilərik. Çünki hazırda yoxlama görüşlərinin nəticəsi belə bizə heç nə vermir. Bu hesablar bizi aldada bilər. Çünki bəzən məşqçilər eksperiment aparmaq üçün görüşün nəticəsini vacib saymırlar. Əsl iş Premyer Liqada özünü göstərəcək.
Nur ZEYNALOVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub
18 yaşlı Endrik evləndi
Sneyderin oğlundan ilk peşəkar müqavilə
Argentina millisinin üzvü "Atletiko"da
"Çelsi"dən "Arsenal"a - Rəsmi
"Mançester Siti"dən A seriyası klubuna keçdi
Millimizin üzvü Türkiyə klubunda - Rəsmi
“Qarabağ” yenidən öz məkanında - Şəkillər
Yeni mövsümün 3 Azərbaycan derbisi - Hansı turda və harda?
"Milan"dan daha bir transfer
Vəli Qasımova yeni vəzifə verildi
Platininin medal və kubokları oğurlanıb
"Mançester Yunayted" hücumçu ilə anlaşdı
"Qarabağ" onunla da yolları ayırdı - Rəsmi
"İnter" futbolçusunu icarəyə verdi
İtaliya klubu "Borussiya"ya təklif göndərdi
Konfrans Liqasında inanılmaz geridönüş
"Napoli"dən yeni transfer
"Araz-Naxçıvan" da iştirak ərizəsini açıqladı
"Roma"nın təklifinə razılaşdı
Arda Turanın "Şaxtyor"u mərhələ adladı, "Beşiktaş"a rəqib oldu - "Oyunçularıma fəxr edirəm"
Enrike onları əvəzedici komandaya göndərdi
"İnter" "Atalanta" ilə razılığa gələ bilmədi
Azərbaycanın Avropadakı 5-ci het-triki
İsveçdə son oyun
“Araz-Naxçıvan” - “Aris” oyununun biletləri satışda
Azərbaycan 2025/26 mövsümündə ilk xalını qazanıb
“Qarabağ” - “Şelburn” oyununun biletləri satışa çıxarılır
Elçin Məsiyev Çempionlar Liqasına təyinat aldı
"Şelburn" - "Qarabağ" oyununun hakimləri açıqlandı
"Barselona" yeni oyunçusunun qardaşını hədəflədi
"Sabah" Avroliqa ilə belə vidalaşdı - Video
Avropa Liqasında 1-ci mərhələyə yekun vuruldu
"Göstərdiyimiz oyunla fəxr edə bilərik" - Valdas Dambrauskas
Konfrans Liqasında daha 23 komanda 2-ci mərhələyə yüksəldi
"Çempionata yaxşı hazır olacağımıza inanıram” - Samir Abasov
“Sabah”ın Konfrans Liqasındakı rəqibi
"Sabah" Avropa Liqasında mübarizəni dayandırdı
Azərbaycanlı futbolçu dünyasını dəyişib
Ter Ştegen 4 ay yaşıl meydanlardan uzaq qala bilər
"Mançester Siti" 18 yaşlı oyunçunu transfer etdi
"İmişli"dən yeni transfer
Elmar Baxşıyev "Trabzonspor" üzərində qələbəni şərh etdi
"Neftçi" Polşadakı ilk oyununda heç-heçə etdi
"Çelye" - "Sabah": Heyətlər