(Birinci yazı)
Medianın İnkişafı Agentliyinin layihəsi
Mövsümün ikinci hissəsi üçün hazırlaşan Premyer Liqa klublarımız artıq təlim-məşq toplanışlarını başa vurmaq üzrədirlər. Komandalarımızın hazırlıq səviyyəsi və yeni transferləri necədir?
Bu və digər suallarımıza futbol mütəxəssisi Aslan Kərimovla söhbətimizdə cavab tapmağa çalışdıq. A.Kərimov Premyer Liqamızda yarışan 8 komandanın hər biri barədə fikirlərini bildirdi.
“Qarabağ”
“Qarabağ”ı qış fasiləsindən sonra çox çətin bir oyun gözləyir. Konfrans Liqasının pley-off mərhələsində “Marsel”lə qarşılaşacaqlar. Hesab edirəm ki, keçirdikləri oyunlarda hansısa strategiyaları, planları olub. Amma nəticələr heç də ürəyaçan deyil. Çünki bir neçə matçda uduzublar. Lakin fikirləşmək olar ki, baş məşqçi Qurban Qurbanovun hansısa bir eksperiment aparmaq, futbolçuların yerini dəyişib, yoxlamaq, yeni oyunçuları sınaqdan keçirmək niyyəti olub. Fasilədən sonra Premyer Liqanın ilk matçında “Qarabağ”ın hansı səviyyədə hazır olduğunu görəcəyik. Hər halda digər klublarımıza nisbətən “Qarabağ” daha komplektləşmiş bir təlim-məşq toplanışı keçirdi.
İzlədiyim oyunlardan nəticə çıxarası olsaq, deyə bilərəm ki, yeni transfer Luka Quqeşaşvili çox gülməli bir qol buraxdı. Bir matç ilə qapıçının ustalıq səviyyəsinin aşağı və ya yuxarı olduğunu iddia edə bilmərik. Sadəcə olaraq izlədiyim oyunlardan nəticə çıxararaq deyə bilərəm ki, “Qarabağ” kimi komanda belə sadə, asan qol buraxmamalıdır. Düzü, bu, məni bir az qorxutdu. Məlum məsələdir ki, digər qapıçılar Şahruddin Məhəmmədəliyev və Emil Balayev zədəlidir. İlk təəssüratlarımı söyləyəcəyəm – Quqeşaşvilinin bir oyundakı hərəkətlərinə, texniki səhvlərinə nəzər salanda görünür ki, o, Şahruddin və Emildən daha üstün qapıçı deyil. Quqeşaşvilinin antropoloji göstəriciləri yaxşıdır. Hündürboylu və cüssəlidir. Bədən quruluşu Avropa standartlarına uyğundur. Amma buraxdığı texniki səhvlər məni narahat etdi. Əgər klub uzunmüddətli bir qapıçı almağı düşünürdüsə, gərək daha keyfiyyətli oyunçu transfer edərdi. Digər yeni oyunçu Leandro Andrade isə qısa müddət meydanda oldu, potensialını tam görə bilmədik. Amma onun oyununa baxsaq, qapıçıdan fərqli olaraq ustalıq səviyyəsinin yuxarı olduğu görünür. Verdiyi ötürmələrdən, top qəbul etməsindən, boş zona tapmasından, hücuma dəstək verməsindən, taktiki davranışlarından keyfiyyətli futbolçu olduğu sezilir. Amma əsas şeyləri əsl təzyiq altında olan oyunlarda görə biləcəyik.
“Neftçi”
“Neftçi” də heyətinə yeni oyunçular qatıb. Bu mənada Azər Salahlı və Eddi İsrafilovu qeyd etmək olar. Bu futbolçuların komandaya nə qədər dəstək olacağı bir az sual doğurur. Amma şəxsən öz adımdan deyə bilərəm ki, “Neftçi”nin oyun üslubunu nəzərə alsaq, yəqin ki, Samir Abasov Azəri cinah oyunçusu mövqeyində istifadə edəcək. Çünki 5-li müdafiə ilə oynayan bir komandada cinah müdafiəçisinin hücumçu rolunda çıxış etməsi də lazım gəlir. Yəni, fiziki baxımdan böyük iş görmələri lazım olacaq. Azər də əslində bunun öhdəsindən gələ bilən futbolçulardandır. Amma texniki tərəfdən nə qədər üstünlük təşkil edəcək, bunu yalnız oyunlardan sonra deyə bilərik.
Eddiyə gəldikdə isə onun haqqında söz-söhbətlər çox yayılmışdı. Millidən qovulması danışıldı. Mən belə deməzdim. Amma baş məşqçi Canni de Byazinin onun oyununu bəyənmədiyi və yığmadan kənarda saxlamaq istədiyi açıq-aşkar görünürdü. Çünki De Byazinin gəldiyi dövrdə Eddi və bir neçə futbolçu milli komandadan imtina etmişdi. Həm də Eddinin ailəsinin 44 günlük Vətən Müharibəsi zamanı verdiyi açıqlamalar da rezonans yaratmışdı. Bunun fonunda komandaya uyğunlaşmaq Eddi üçün çox çətin olacaq. Çünki belə bir söz-söhbətlərdən sonra komandaya gələndə səhv etmək şansın olmur. Yəni, pis oynaya bilməz. Əks-halda keçmişdəki söz-söhbətlər üzə çıxacaq. Ona görə də hazırda Eddi “Neftçi” adına qüsursuz oyun nümayiş etdirməlidir. O, matçlarda komandanı öz arxasınca aparmalıdır ki, həmin söz-söhbətlər yaddan çıxsın. Eddi üçün həddindən artıq çətin olacaq. Amma ümid edirəm ki, bu oyunçular “Neftçi”yə kömək edə biləcəklər.

“Zirə”
“Zirə” çox çətin bir duruma düşüb. Komandanın bir neçə oyunçusu virusa yoluxmuşdu. Yəni, böyük bir futbolçu sayını birdən-birə itirmişdilər. Ona görə də hazırlıq prosesini tam olaraq keçməkdə çətinlik çəkiblər. Amma ən azından baş məşqçiləri Rəşad Sadıqov artıq təcrübəli mütəxəssisdir. Ümid edirik ki, pandemiya dövründə bu cür çətin vəziyyətin öhdəsindən gəlməyi bacaracaqlar.
Ola bilər ki, təlim-məşq toplanışından istədikləri kimi qayıda bilməsinlər. Amma çempionatın gedişatında bunu kompensasiya edə biləcəklərinə inanıram. Sözün düzü, “Zirə”nin yeni transferləri haqqında məlumatım yoxdur. Bu baxımdan bir söz deyə bilmərəm.
“Sumqayıt”
“Sumqayıt”da Antalyada təlim-məşq toplanışı keçdi. Komandaya belarusiyalı mütəxəssis Aleksey Baqa baş məşqçilik edir. Sosial şəbəkədə hazırlıq prosesindən şəkil gördüm. Elə görünürdü ki, dəniz qırağında qaçırdılar. Bəlkə də bu, köhnə fotodur. Amma göründüyü qədər deyə bilərəm ki, komanda hazırlıq prosesini keçmiş SSRİ ölkələrinə uyğun şəkildə keçir. Məsələn, Rusiya futbol məktəbləri daha çox qaçışa, fiziki hərəkətlərə, mübarizələrə üstünlük verirlər. Qərbi Avropada isə bu belə deyil. Daha çox texniki tərəfdən çalışırlar. Məsələn, futbol oynayaraq inkişaf etmək istəyirlər. “Qarabağ” bunun bariz nümunəsidir. Komanda fiziki hazırlığı “Barselona”ya uyğun şəkildə və ya bu stildə klublara xas formada keçir. “Sumqayıt”ın isə gücə dayanıqlı bir toplanış keçdiyini təxmin edirəm. Düzdür, tam olaraq informasiyam yoxdur. Amma gördüyüm şəkildən düşündüklərim belədir. Yəni, baş məşqçinin futbol fəlsəfəsini nəzərə alsaq, fikirləşirəm ki, bu yöndə daha çox iş görəcəklər. Lakin belə bir hazırlığın onlara daxili çempionatda nə qədər kömək edəcəyi sual altındadır.

Hər bir şey Premyer Liqada özünü göstərəcək. “Qarabağ”ı nümunə gətirə bilərəm. Onların elə təlim-məşq toplanışları olub ki, cəmi 1 dəfə heç-heçə ediblər, digər oyunlarda uduzublar. Lakin daxili çempionatda iştirak edərkən oyunçuların hazır vəziyyətdə olduğu açıq-aşkar görünürdü. Ona görə də dəqiq bir söz demək çox çətindir.
Nur ZEYNALOVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

"Daha güclü “Şəfa” görəcəyik" - Zaur Həşimov
“Qarabağ” "Şəfa"ya, "Neftçi" "Qəbələ"yə qalib gəldi
Qəbələdə vurulan qollar - Video
“İlk qola qədər pis görünmürdük” - Amil Ağacanov
“Sabah" bizə müraciət etsə..." - Vernidub
MOİK "Xankəndi"ni məğlub etdi
Mourinyo: "Formula 1-dən öyrənəcəyimiz çox şey var"
"Qarabağ" - "Şəfa": Heyətlər
Yamaldan "Qızıl top" açıqlaması
Xavi sabiq futbolçusu olan bombardiri milliyə çağırmadı
"Sabah"dan 10 futbolçu milli komandalara dəvət alıb
"Qəbələ" - "Neftçi": Heyətlər
Tofiq Bəhramov stadionu təmir olunacaq
41 yaşlı Ronaldo yenidən milliyə çağırıldı
"3-4 şirkətlə aktiv danışıqlar gedir" - PFL rəsmisi
Azərbaycandan Surinam millisinə çağırıldı
Tomas Tuhel İngiltərə millisinin heyətini açıqladı
Azərbaycan kubokunun püşkü atıldı
"Sabah"ın futbolçusu 2 ildən sonra Polşa millisinə çağırıldı
Nəriman niyə bu dəfə milliyə dəvət edilmədi?
Türkiyə millisində karyerasını başa vurdu
"Liverpul"un gənc hücumçusu "Arsenal"a keçdi
Milliyə 30 futbolçu çağırıldı - Onlar kimlərdir?
Libertadores kubokunda yarımfinal cütləri müəyyənləşdi
Klopp millini necə dəyişir? – 44 futbolçu, 16 debütant
"Qarabağ"ın prezidenti bu bankın rəhbəri oldu
Azərbaycanda oynayan futbolçu millimizlə matça çağırıldı
Əfsanəvi futbolçu məşqçiliyə başlayır - Şəkillər
Avropa çempionatında 2 qələbə
Vinçentso İtaliano: "İlhan belə davam etsə..."
Lamin Yamal: “Qara” deyilməsi məni incitmir”
Hasan Şaş saxlanıldı
“Qartal” “Marsel”i belə “parçaladı” - Video
"Beşiktaş" və "Yuventus"dan qələbə - Avroliqa
"Mançester Siti" növbəti mərhələdə
Misli Premyer Liqasında 6-cı turun hakimləri müəyyənləşdi
“Beşiktaş” - “Marsel” matçının heyətləri açıqlandı
İngiltərə İnfantinodan araşdırma tələb etdi
CAF prezidentindən kuboka ev sahibliyi ilə bağlı qəti mövqe
Şamaxıda vurulan 5 qol - Video
İspaniya Superkuboku Türkiyədə keçiriləcək
“Barselona”nın qapıçısı sıradan çıxdı
Azərbaycan millisinin rəqibləri bilindi
2-ci liqada 6 oyunun saatı məlum oldu