Azərbaycan millisi Şotlandiyaya uduzdu

Azərbaycan millisi Şotlandiyaya uduzdu
ÖLKƏ FUTBOLU 1 Oktyabr 2026 / 00:28 1994
-  A +

Azərbaycanın U-21 millisi bu gün Avropa çempionatının seçmə mərhələsində 9-cu tur oyununa çıxıb.

QOL.az xəbər verir ki, Rəşad Eyubovun komandası səfərdə Şotlandiya ilə qarşılaşıb. Kilmarnok şəhərində keçirilən görüş Şotlandiya millisinin 5:2 hesablı qələbəsi ilə bitib.

Bu qrupda həmçinin Çexiya Bolqarıstana (1:0), Portuqaliya isə Cəbəllütariqə (4:0) qalib gəlib.

Azərbaycan millisi seçmə mərhələdə 9 oyundan sonra 7 xalla 5-ci yerdə qərarlaşır. 

30 sentyabr

22:30. Şotlandiya - Azərbaycan - 5:2

Qollar: Stivart, 24, 26, Vilson, 29, Fletçer, 60, Uels, 81 - Nəriman Axundzadə, 21, Raul Məmmədov, 70

Baş hakim: Matyas Ştofrinşau (Norveç)

Bizi İnstaqramda izləmək üçün kliklə!

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner