Ronaldo millidən qalmaqalla ayrıldı - Şok olay

Ronaldo millidən qalmaqalla ayrıldı - Şok olay
DÜNYA FUTBOLU 1 Oktyabr 2026 / 08:38 971
-  A +

Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldonun yığmanın Kopenhagendəki düşərgəsini tərk etdiyi dəqiqləşib.

QOL.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb. Bildirilir ki, 41 yaşlı futbolçu milli komandanın toplanışında iştirakını davam etdirməkdən imtina edib və oktyabrın 1-də gecə saat 02:00-da Madridə çatıb.

Daha əvvəl Ronaldo ilə Portuqaliya millisinin baş məşqçisi Jorje Jezus arasında fikir ayrılığı yarandığı bildirilmişdi. Mütəxəssis münaqişənin olmadığını desə də, Ronaldo komandanın məşqini tərk edib.

Jezus həmçinin hücumçunun UEFA Millətlər Liqasında Danimarka ilə keçiriləcək matçda iştirak etməyəcəyini açıqlayıb.

Qeyd edək ki, Jezus Ronaldonu sentyabrın 27-də millinin Millətlər Liqasında Norveçlə matçına buraxmayıb. Portuqaliya mediasının yaydığı xəbərə görə, bunun ertəsi günü futbolçu komandanın iclasına və ümumi məşqinə qatılmayıb, fərdi qaydada hazırlıq keçib.

Yaranmış vəziyyətdən sonra Ronaldonun milli komandadakı karyerasını başa vura biləcəyi də iddia olunur.

Bizi İnstaqramda izləmək üçün kliklə!

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner