"Atletiko" ilə fikir ayrılıqlarını aradan qaldırdıq"

"Atletiko" ilə fikir ayrılıqlarını aradan qaldırdıq"
DÜNYA FUTBOLU 30 Sentyabr 2026 / 22:51 611
-  A +

“Barselona” prezidenti Joan Laporta Madrid “Atletiko”sunun baş direktoru Migel Anxel Xil Marinlə münasibətlərindəki gərginliyin aradan qalxdığını açıqlayıb.

QOL.az xəbər verir ki, "Mundo Deportivo" nəşrinin məlumatına görə, tərəflər arasında narazılıq yayda “Barselona”nın “Atletiko”nun hücumçusu Xulian Alvaresə göstərdiyi maraqdan sonra yaranmışdı. Transfer pəncərəsinin başa çatması ilə kataloniyalılar argentinalı futbolçunun transferi üçün cəhdlərini dayandırıblar.

Laporta Xil Marinlə son görüşündən danışarkən münasibətlərin bərpa olunduğunu bildirib:

“Çox səmimi və səxavətli davrandı. Razılaşdıq ki, həm klublarımız, həm də şəxsi münasibətlərimiz arasında yaxşı əlaqələri qoruyub saxlayaq. Ona böyük hörmət bəsləyirəm və o da bunu bilir. Düşünürəm ki, fikir ayrılıqlarımızı aradan qaldırdıq və münasibətlərimizi əvvəlki kimi bərpa etdik. Buna görə çox məmnunam. Çünki onunla əməkdaşlıq etmək xoşdur”.

Bizi İnstaqramda izləmək üçün kliklə!

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner