Messinin oynamadığı matçda darmadağın

Messinin oynamadığı matçda darmadağın
DÜNYA FUTBOLU 1 Oktyabr 2026 / 09:30 1148
-  A +

Argentina millisi yoldaşlıq görüşündə Boliviya ilə qarşılaşıb.

QOL.az xəbər verir ki, Kordovadakı “Mario Alberto Kempes” stadionunda keçirilən oyun argentinalıların böyükhesablı qələbəsi ilə başa çatıb – 4:0.

Qolları Lautaro Martines (19), Niko Pas (29), Kristian Romero (53) və Xese Lopes (83) vurub.

Bu, Argentina millisinin DÇ-2026-nın finalında İspaniyaya uduzduqları oyundan (0:1) sonrakı ilk qarşılaşmasıdır. Millinin lideri Lionel Messi bu oyunda iştirak etməyib. 39 yaşlı hücumçu oktyabrın 6-da Beninlə keçirilən görüşdə yığmada vida matçına çıxacaq.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner