Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı
Qadın şahmatçılardan ibarət millimizin üzvü Gövhər Beydullayeva bugünlərdə İtaliyanın Sardiniyə adasında keçirilən 20 yaşadək qızlar arasında dünya çempionatında qalib olaraq tarix yazdı. 19 yaşlı qrossmeysterimiz bu yaş kateqoriyasında qalib olan ilk azərbaycanlı şahmatçı kimi tarixə düşdü. G.Beydullayeva ilə turnir və digər məsələlər haqda söhbətləşdik.
Həmçinin oxuyun: Daha bir şahmatçımız dünya çempionu oldu
- Əvvəlcə səni dünya çempionu olmağın münasibəti ilə təbrik edirəm. Turnir barədə fikirlərini bilmək istərdim...
- Əvvəlcə onu qeyd edim ki, 20 yaşadək qızlar və oğlanlar arasında dünya çempionatı çox nüfuzlu və əhəmiyyətli turnirdir. Tarixə nəzər salsaq görərik ki, bu turnirdə qalib olan şahmatçılar bir neçə il sonra artıq böyüklər arasında dünya çempionatlarında qalib olmağa real namizəd kimi göstərilir. Ona görə də mənim üçün bu turnir çox əhəmiyyətli idi. Məni qarşıda çətin mundialın gözlədiyini bilirdim. Ancaq həm fiziki, həm psixoloji, həm də şahmat hazırlığı baxımından çox yaxşı hazırlaşmışdım. Yarış 11 turdan ibarət idi. Turnirdə dünyanın bir çox ölkəsinin ən güclü şahmatçıları iştirak edirdi. Rəqiblərimin bəzilərini əvvəldən tanıyırım. Çünki hər il dünya və Avropa çempionatlarında onlarla görüşmüşük. Bəzi dostlarım da var idi. Şahmat lövhəsində onlar rəqiblərimdir, ancaq şahmatdan kənarda dostlarımdır. Mənim uğuruma sevinən dostlarım da var idi.

- Yarışdan əvvəl çempion olacağını desəydilər, buna inanardın?
- Bəli. Çünki bu, mənim uşaqlıq arzum idi. Hər il yaşıdlarım arasında dünya çempionatlarına iştirak edirdim. Ancaq heç vaxt klassik şahmat üzrə dünya çempionatında medalım olmamışdı. Keçən il dünya çempionatı onlayn formatda keçirilmişdi və mən orada qalib olmuşdum. Klassik şahmat üzrə isə bu, dünya çempionatında ilk qalibiyyətimdir. Daha öncə Avropa çempionu olmuşdum. Yarışa getməmişdən əvvəl özümə çox inanırdım. Yarışım uğurlu alındı. Sonda dünya çempionu adını qazandım.
- 6-cı turda hindistanlı Nutakki Priyankaya oyunda məğlub olsan da, görüşdən sonra keçirilən ənənəvi yoxlanış zamanı rəqib oyunçuda qulaqcıq aşkarlandı və buna görə sənə texniki qələbə verildi. O an hansı hissləri keçirdin? Bu hadisənin çempion olmağına rolu oldu?
- Əslində həmin anda belə bir şeyin olduğundan xəbərim yox idi və nəticənin səhv olduğunu gördüm. Evə gəldikdən sonra mənə qələbə yazıldığını gördüm. Fikirləşdim ki, texniki səhvdir və yəqin ki nəticə dəyişiləcək. Ancaq püşk çıxandan sonra bunun dəyişilmədiyini gördim. Hakimlərlə əlaqə saxladım. Onlar da belə bir qərar verildiyini söylədilər. Sonradan bildim ki, rəqibim üzərində qulaqcıq tapılıb. FİDE-nin qaydalarına əsasən, şahmat yarışlarında elektron cihazlarla oyuna gəlmək olmaz. Çünki bu çitinq hesab oluna bilər. Ona görə də bu cihazları yanında gətirmək qadağandır. Bu səbəbdən rəqibimə texniki məğlubiyyət verildi. Əlbəttə ki, bu oyundan sonra vahid lider oldum və sona qədər də bunu qoruyub saxladım. Oyunda özüm qalib gəlsəydim, daha sevindirici olardı. Amma bu da bəlkə də taleyim imiş. Belə olmalı imiş ki, mən dünya çempionu olum. Bəlkə bu görüşdə uduzsaydım da, mənim qismətimdə dünya çempionu olmaq yazılmışdı. Digər görüşləri daha prinsipial oynayaraq və qalib gələrək yenə dünya çempionu olacaqdım.
- 20 yaşadək qızlar arasında ilk dünya çempionu olan xanım şahmatçı olaraq tarix yazdın. Bununla bağlı nə deyə bilərsən?
- Bu tarixi yazdığım üçün çox sevincliyəm. Bundan sonra da dünya çempionatlarında qalib olan azərbaycanlı şahmatçıları görməyi çox istəyərdim. Gələcəkdə də qadınlar arasında yarışlarda daha böyük uğurlara imza atmaq istəyirəm.
- Səninlə yanaşı, Qədimbəyli Abdulla da çempion adına yiyələndi. Nəyin sayəsində bu uğura nail oldunuz?
- Həqiqətən çox sevindirici haldır ki, bizim İtaliyada iki dəfə himnimiz səsləndi. Bu, çox sevindirci və qürurverici andır. Son ana qədər Abdulla Qədimbəyli də liderlər arasında idi. Onun da çempion olmağını istəyirdim. Abdullanın çempionluq xəbəri çıxanda çox sevindim. Özümüzə çox inandıq, çox güvəndik və ən asası çox çalışdıq. Bunların da sayəsində qalib olduq.

- 9-cu turda erməni rəqibin Məryəm Mkrtçyanla oyun haqda nə deyə bilərsən? Həmin oyuna yəqin ki xüsusi hazırlaşmışdın?
- Erməni şahmatçı ilə oyuna çox güclü hazırlaşmışdım. Oyuna qələbə qazanmaq üçün getmişdim. Oyun zamanı 23-24 gediş debüt hazırlığı oldu. Sonradan rəqibin yaxşı oynamağına baxmayaraq, mən daha düzgün gedişlər etdim və çox gözəl taktika ilə partiyanı başa vurdum. Bu oyundan sonra özümə inamım daha da artdı. Dünya çempionu adına daha yaxınlaşdığımı hiss etdim.
- Turnirin bitməsinə 1 tur qalmış çempionluğu rəsmiləşdirdin. Bu zaman səni ilk təbrik edən kim oldu?
- İlk olaraq otaq yoldaşım və həmin turnirdə iştirak edən şahmatçımız Ləman Hacıyeva məni təbrik etdi. Çünki ilk ona dedim ki, deyəsən, mən çempionam. O da məni təbrik etdi. Sonradan hər şey tam bilindi və bütün saytlar yazmağa başladı. Sonra valideynlərim təbrik etdi.
- Çempionluğu kimə həsr edirsən?
- Bu günlərdə biz bütün uğurlarımızı şəhidlərimizə və əsgərlərimizə həsr etməliyik. Çünki onların uğuru sayəsində biz də uğur qazana bilirik. Ona görə də mən də uğurumu şəhidlərimizə və əsgərlərimizə həsr edirəm.
(Ardı var)
Aysel Adıgözəlli
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

"Qarabağ"ın Avstriya hazırlığı davam edir - Şəkillər
Ronaldo niyə əvəz olunmadan oynayır?
Uzun müddət yaşıl meydanlardan uzaq qalacaq
"Sabah" Macarıstan klubu ilə heç-heçə etdi
Mundialda büdrədilər, baş məşqçi istefa verdi
Vinisius, Mbappe, Kenan...
Ölkə prezidenti millinin rəhbərliyini sərt tənqid etdi
“Nyukasl” futbolçusunu rekord maaşla heyətdə saxlayır
Konqo ilə matça qədər zədəsini sağaltdı
Kanada CAR-la oyuna necə hazırlaşır?
"Turan Tovuz"un yay hazırlıq planı bəlli oldu
"Matçın danışılmasından söhbət belə gedə bilməz"
"Futbolçular risk etməkdən qorxurlar"
"Real"ı tərk edə bilər
Kyeza göndərilir
İngiltərə millisində növbəti zədə
"Barselona" ekvadorlu istedadı transfer etdi
DÇ-2026: Qrup mərhələsinin rəmzi komandası
Montella Türkiyə millisində qalır!
Martines: “Bu, uşaq yanaşması olardı”
Mundialda Afrika rekordu
Leandro Andrade “Qarabağ”la bu sözlərlə vidalaşdı
“Şah”ı mat edən Aydın
Savodan het-trik, Cəfərquliyevdən gözəl qol ötürməsi - Video
Komandası qrupda qaldı, baş məşqçi istefa verdi
Qurban Qurbanov azarkeşləri sevindirdi - Video
“Zirə”nin rəqibi finala yüksəldi
Messinin mundiallardakı 19-cu qolu - Video
İsveç millisinin məşq etdiyi stadion təəccübləndirdi - Video
Modriç bunu bacaran ən yaşlı futbolçu oldu
DÇ-2026: Bombardirlik yarışında vəziyyət – Messi zirvədədir
Mundialda 1/16 final başlayır
Qurban Qurbanov qələbədən və yeni transferlərdən danışdı
1/16 final mərhələsinin bütün cütləri və təqvimi - DÇ-2026
DÇ-2026-da qrup mərhələsinə yekun vuruldu - Yenilənib
Xorvatiya - Qana oyunu üçün heyətlər
Panama - İngiltərə: Heyətlər
Rafael Fiziyevdən möhtəşəm qələbə - UFC Fight Night turniri
"Arsenal" onu hədəfə aldı
“Şamaxı”nın rəqibi bilindi
"Avrokuboklar üçün hər şey edəcəyik" - "Qarabağ"ın oyunçusu
Türkiyə futbol rəhbərliyində Mesut Özil dövrü başlayır?
Kanadanın pley-offda işləri çətinləşir
O da mundialda fərqlənməyi bacardı
"Qarabağ"dan böyükhesablı qələbə - Yeni transferdən het-trik
"Zirə" Özbəkistan klubuna məğlub oldu
“Neftçi” yeni formasını təqdim etdi - Şəkillər
Musleradan gözlənilməz antirekord