"İmişli"dən qələbə, "Sabah" "Qarabağ"a qarşı - Yenilənir

"İmişli"dən qələbə, "Sabah" "Qarabağ"a qarşı - Yenilənir
PREMYER LİQA 25 Oktyabr 2026 / 16:55 7101
-  A +

Bu gün Misli Premyer Liqasında 9-cu tura yekun vurulacaq.

QOL.az xəbər verir ki, son oyun gününə nəzərdə tutulan iki matçdan biri artıq başa çatıb.

Əvvəlcə Yevlax şəhər stadionunda "İmişli" "Şamaxı"nı qəbul edib. Görüş "İmişli"nin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Turun mərkəzi qarşılaşması olan "Sabah" - "Qarabağ" oyunu da bu günə təsadüf edir. Hazırda "Sabah" 19 xalla lider, "Qarabağ" isə 17 xalla 3-cüdür. Hər iki komanda 7 oyun keçirib. Bu görüş çempionluq uğrunda mübarizə aparan hər iki komanda üçün olduqca əhəmiyyətlidir.

25 oktyabr (bazar)

15:00. “İmişli” – “Şamaxı” - 2:1

Qollar: Dioqo Almeyda, 17 (1:0), Abdullahi Şuaybu, 65 (1:1), Seyxan Fərəcov, 90-pen. (2:1)
Hakimlər: Rauf Cabarov, Zeynal Zeynalov, Kərim Zeynalov, Ruslan Quliyev, Əliyar Ağayev (VAR), Akif Əmirəli (AVAR)
Yevlax şəhər stadionu

18:00. “Sabah” – “Qarabağ”
Hakimlər: Rəşad Əhmədov, Elşad Abdullayev, Pərvin Talıbov, Emin Əliyev, Kamranbəy Rəhimov  (VAR), Teymur Teymurov (AVAR)
Mərdəkan.“Dalğa Arena”

Turun digər nəticələri

“Neftçi” - “Turan Tovuz” - 1:1

“Şəfa” - “Kəpəz” - 1:2 

“Araz-Naxçıvan” - “Qəbələ” - 1:2

“Zirə” - “Sumqayıt” - 3:2 

Bombardirlər:

Breno Almeyda ("Neftçi") - 8 qol

Coy-Lens Mikels ("Sabah") - 5 qol

Aleksey Kaşuk ("Qarabağ") - 4 qol

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner