Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyində 27 sentyabr - Anım Günü ilə əlaqədar tədbir keçirilib.
Qol.az xəbər verir ki, Medianın İnkişafı Agentliyinin kollektivi tərəfindən 44 günlük Vətən müharibəsində torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, onlara dərin ehtiram ifadə olunub.
Daha sonra tədbiri giriş sözü ilə açan Agentliyin İcraçı direktoru Əhməd İsmayılov bildirib ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik siyasəti və dəmir iradəsi sayəsində rəşadətli Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində hərb tarixinin yeni və şanlı salnaməsini yazıb. O, əsgər və zabitlərimizin göstərdikləri şücaətin hər birimizdə sonsuz iftixar hissi yaratdığını qeyd edib, Vətən müharibəsi iştirakçılarının qəhrəmanlıqlarının mediada işıqlandırılmasına hər zaman diqqətlə yanaşıldığını, onların göstərdikləri igidlik və şücaətin media vasitəsilə ictimaiyyətə çatdırılmasının uşaq və gənclərin vətənə məhəbbət ruhunda tərbiyə edilməsində əhəmiyyətini vurğulayıb.
Tədbirdə Vətən müharibəsində iştirak etmiş Xüsusi Təyinatlı Qüvvələrin mənsubları keçdikləri döyüş yolundan bəhs edib, media nümayəndələri tərəfindən tarixi Zəfərimizə dair materialların hazırlanması və yayımlanmasının onlar üçün xüsusi mənəvi dəyərə malik olduğunu bildiriblər.
Digər çıxış edənlər tarixi torpaqlarımızın düşmən işğalından azad olunması uğrunda canlarını fəda etmiş qəhrəman əsgər və zabitlərimizin xatirəsini ehtiramla anıb, onların hər bir azərbaycanlının qəlbində əbədi yaşayacağını vurğulayıblar.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Yuxarı
Bu gecə "El-Klasiko" var
Şeydayev oynadı, "Soçi" qələbə qazandı
Baş məşqçi meydandan qovuldu
Rüfət Abdullazadənin komandası məğlub oldu
“Məğlub olmadığımıza görə razı qala bilərik” - Yuri Vernidub
"Neftçi" - "Turan Tovuz" matçından - Video
Kurban Berdıyev heç-heçəni şərh etdi
Azərbaycanın iki güləşçisi dünya çempionatının finalında
Azərbaycan millisi mundiala böyükhesablı qələbə ilə başladı
"Kəpəz"in qələbəsindən - Video
"Yaxşı sponsorumuz olsa..." - Azər Məmmədov
“Hazırda çox çətin durumdayıq” - Zaur Həşimov
“Beşiktaş”ın müdafiəçisi sıradan çıxdı
"Mançester Siti" mövsümdə ilk məğlubiyyətini aldı
"Neftçi" - "Turan Tovuz" matçının heyətləri açıqlandı
“Transfer imkanlarına açığıq”
“Barselona” “Real”la matça necə hazırlaşır?
PSJ azarkeşləri: "Gəlin, matçı boykot edək"
Azərbaycan şahmatçılarındandan Avropa Kubokunda 2 medal
"Şəfa" - "Kəpəz" : Heyətlər
Mourinyo: "Sən ağıllısan, mən isə axmaq deyiləm!"
"Bavariya"dan Kompaninin səhhəti ilə bağlı açıqlama
187 ölkə, 1000-ə yaxın oyun – Bakıda tarixi futbol turniri
Çempionlar Liqasının yeni formatını sərt tənqid etdi
“Onun ideyaları məni cəlb etdi” - “Zirə”nin legioneri