Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı
“Sabah” gənc klub olmasına baxmayaraq, özünə uğurlu inkişaf yolu cızan, ölkə futboluna gənc oyunçular bəxş etmək yolunda çalışan klublarımızdandır. Məlumdur ki, aşağı yaş qruplarından ibarət milli komandalarımıza hər dəfə “Sabah”dan ən azı 3, 4, 5 futbolçu dəvət olunur. Bu isə “Sabah”ın həm də uşaq futboluna ayırdığı diqqətin nəticəsidir.
Həmçinin klubun əsas komandası rusiyalı mütəxəssis Murad Musayevin baş məşqçi təyin olunmasından sonra öz oyunu ilə seçilir. “Sabah” hazırda ölkə çempionatında 13 xalla 3-cü pillədə qərarlaşır. Paytaxt təmsilçisi yeni mövsümdə çıxdığı 6 görüşdən 4-də qalib gəlib, 1-də heç-heçə edib. “Sabah”ın yeganə məğlubiyyəti isə 2 gün əvvəl son çempion “Qarabağ”la matçda qeydə alınıb - 3:4. Buna baxmayaraq, “Sabah” əzmkar, baxımlı oyunu ilə getdikcə futbol ictimaiyyətinin rəğbətini qazanır. Həmçinin Bakı klubu bu mövsüm Premyer Liqamızda rəqabət yarada biləcək, çempionluğa əsas namizəd “Qarabağ”la “Neftçi”yə ən ciddi müqavimət göstərəcək komanda hesab olunur.
Futbol mütəxəssisləri “Sabah”da görülən işlər, komandanın yeni mövsümdəki çıxışı, inkişaf yolu barədə fikirlərini bildiriblər.
Azərbaycan millisinin sabiq baş məşqçisi Şahin Diniyev deyir ki, “Sabah” bu cür addımlarla irəliləsə, gələcəkdə yaxşı uğurlar qazana bilər:

“Futbol tək bir məşqçi və ya yalnız maliyyə ilə düzələn bir şey deyil. Bunların hamısı paralel olmalıdır. Amma yenə də ən başlıca məsələ maliyyədir. Maliyyə dayaqları, büdcə yaxşı olanda həm akademiya, həm uşaq futbolu, həm də əsas komanda uğurla çıxış edə bilər. Hazırda “Sabah”ın maliyyə dayanaqları yüksək səviyyədədir. Yəni, onların gücü hər bir tərəfə gəlib çatır. Akademiyadan tutmuş, yuxarı komandaya qədər. Mən bunu maliyyə ilə əlaqləndirirəm. Əsas şey maddi dayanaqların sabit, stabil və yüksək səviyyədə olmasıdır. Bu, əsas rollardan birini oynayır. “Sabah” yarandığı gündən eksperimentlər edir, sınayır. Uğursuzluqlar yaşasa da, axırda öz yolunu tapır. Bu da təcrübədir. Həmin təcrübəni mütəmadi olaraq davam etdirmək lazımdır. Yəni, dayanmaq olmaz. Maddi səviyyəni yuxarı qaldırmaq vacibdir, amma aşağı salmaq olmaz. Aşağı saldıqda bu, avtomatik olaraq uşaq futboluna da, əsas komandaya da, akademiyaya da, transferlərə də təsir edir. Bu inkişaf proqramını addım-addım davam etdirmək lazımdır. Əgər “Sabah” belə irəliləsə, onları gələcəkdə yaxşı uğurlar gözləyir. Bu gün 1 mövsüm və ya 1 oyunla yox, ümumi bir proqramla işləyərək inkişaf etmək olar”.
AFFA Məşqçilər Komitəsinin üzvü, əməkdar məşqçi Ağasəlim Mircavadov isə “Sabah”ın futbol akademiyasına xüsusi diqqət ayırdığını, işlər gördüyünü deyib:

“Sabah”da rəhbərlik düzgün yol tutub. Klub ən birinci akademiyasına fikir verir. “Sabah” elə yarandığı gündən harada yaxşı cavan futbolçular var idisə, onları öz akademiyasına cəlb etdi. Düzdür, “Sabah”ın akademiyası “Qəbələ”dəki kimi deyil. “Qəbələ”nin akademiyasında uşaqlar elə orada qalırlar, dərslər keçirlər. “Sabah”da isə ola bilər ki, bəzi rayonlardan gələn uşaqlar üçün yerlər ayrılıb, onu deyə bilmərəm. Akademiyanın yaxşı şəraiti, meydançaları olmalıdır. Bir meydançada 2 yaş qrupu məşq edirdi. Belə olmaz. Amma “Sabah” hazırda bu məsələlərin üzərində çalışır, işlər görür. Klub bunları fikirləşir. Əfsuslar olsun ki, “Sabah” bu il əvəzedici heyətini ləğv etdi. Bunun səbəbini bilmirəm. Amma əvəzedici heyət komandanın özəyi, köküdür. Lazım olan futbolçunu oradan dəvət edirsən, gəlib əsas komandada oynayır. Əvəzedici komanda ilə əsas komanda bir sistemdə oynamalıdır. Akademiyada da o sistem eyni olmalıdır. Çünki yaş dövrü bir-birini əvəz edəndə, uşaqlar yuxarı yaş qruplarından ibarət koma dalara qalxanda fikirləşməməlidirlər ki, biz hansı sistemlə oynayacağıq. Yəni, klubda eyni sistem olmalıdır. “Sabah”da belə olub-olmadığını deyə bilmərəm. Amma təəssüf ki, klubda əvəzedici heyət yoxdur. Onlar daha çox 19 yaşadək futbolçulara təkan veriblər. İstəyirlər ki, Azərbaycan çempionu olsunlar. Bu da başadüşüləndir. Amma əvəzedici heyət olmalıdır”.
Mircavadov “Sabah”ın əsas komandası haqqında bu fikirləri söyləyib:
“Komanda çox istəklidir, kollektivdə ruh yüksəkliyi var. Amma “Sabah”ın “Qarabağ”la oyunun ilk hissəsindəki çıxışı xoşuma gəlmədi. “Qarabağ”ın az oynayan futbolçuları bir qapıya oynayırdılar. İkinci hissədə isə “Sabah” yaxşı əks-hücumlar etdi. Qol da vurdular. Bilirsiniz, Murad Musayevin baş məşqçi təyib olunması inkişafa təkan verib, məşq prosesi dəyişib. Çünki Musayev rusiyalıdır, rus futbol məktəbini keçib. Rus sistemi belədir, həftədə 2 dəfə fiziki məşq olmalıdır. İndi “Sabah”da necədir, bilmirəm. “Sabah”ın heyəti çox yaxşıdır, güclü futbolçuları var. Amma müdafiədə bəzi problemlər var. “Qarabağ” bu problemlərdən yararlandı. Mən deyərdim ki, “Sabah” topla mübarizədə bir az ehtiyatlı olmalıdır. Futbolçuların çoxu sarı vərəqə alır. Bunlara fikir vermək lazımdır. Hazırda “Sabah”da inkişaf var. Mən onlara uğurlar arzulayıram. Çempionat yeni başlayıb, hər şey qabaqdadır. 5-6 oyuna rəy vermək olmaz. Qış fasiləsi olanda həmin vaxt nə isə demək olar ki, tutduqları yol necədir, nəyə üstünlük verilməlidir, nəyə yox”.
Nur Zeynalova
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

Milli çempionatların oyunları xaricdə keçirilə bilər
Məhsuldar ötürmələri ilə rekorda imza atdı
"Qarabağ" derbidə belə qalib gəldi - Video
Daha 2 güləşçimiz Avropa çempionu oldu
İngiltərə Kubokunun finalçıları bəlli oldu
Azərbaycan derbisində qalib yenə “Qarabağ” oldu
"Qalatasaray" - "Fənərbaxça" matçının heyətləri açıqlandı
Azərbaycan boksçusu Dünya kubokunda qızıl medal qazandı
Rəqibin saçını dartan futbolçu cəzalandırılmadı - Şəkil
"Şamaxı"nın qələbəsindən - Video
6 qol, 1 qırmızı vərəqə
"Pley-off haqda düşünmək istəmirəm" - Azər Bağırov
"Bəzən futbolumuzu şouya çevirmək istəyirik" - Ayxan Abbasov
"Real" La Liqanı məhkəməyə verdi
“Qarabağ”lı futbolçunun atası vəfat edib
Səfər qollarına görə rekorda imza atdılar
"Neftçi" - "Qarabağ": Heyətlər
"İnter" aşağı liqaya düşə bilər
Premyer Liqa klublarının hədəfinə düşdü
Yamal bu göstəricidə Ronaldonu geridə qoydu
“Hələ də inana bilmirəm ki, çempion olmuşam"
"Şamaxı" - "Kəpəz": Heyətlər açıqlandı
Fransada elitaya yüksələn ilk komanda
Qazyumov ilin ən yaxşı məşqçisi seçildi
Səfər oyununa hələ belə gedən olmamışdı - Video
Üç boksçumuz finala yüksəldi, biri "bürünc" qazandı
Nərimanın komandası qalib gəldi, özü ehtiyatda qaldı
İtaliyada hakimlərin rəhbəri istefa verdi
Vüsal oynadı, komandası səfərdə uduzdu
Finalda rəqibinə kəllə ilə elə zərbə vurdu ki… - Video
Asiya Çempionlar Liqasının qalibi bilindi
“Arsenal” və “Tottenhem”dən qələbə
Azərbaycan güləşçisi Avropa çempionu oldu
“Qəbələ” - “Araz-Naxçıvan” matçından - Video
Məğlubiyyətdən sonra baş məqşçi mətbuat konfransına gəlmədi
"Real"ın hədəfinə düşdü
"Tottenhem" ilin ilk qələbəsini qazandı
"Bunu deyə bilmərəm, müqaviləm mövsümün sonunda başa çatır"
"Neftçi"nin baş məşqçisi və hücumçusu derbini buraxacaq
Ramalinqomun dublu, "Sumqayıt"ın qələbəsi - Video
"Barselona" liderliyini möhkəmləndirdi