Medianın İnkişafı Agentliyinin layihəsi
Məlum olduğu kimi, Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsini 1 xalla sonuncu - 4-cü pillədə tamamladı.
Yığmamız Fernandu Santuşun rəhbərliyi altında İslandiyaya 0:5 hesabı ilə məğlub oldu, Ayxan Abbasovun baş məşqçiliyi altında isə Ukrayna ilə 1 dəfə heç-heçə etdi (1:1), 1 dəfə uduzdu (1:2), İslandiya ilə də bacarmadı (0:2), Fransaya isə hər iki görüşdə yenildi (0:3, 1:3).
Lakin milli bu görüşlərdə əvvəllər görmədiyimiz milli ruhu azarkeşlərə hiss etdirdi, inam yaratdı.
Hazırkı millimiz həqiqətən də gələcəyə ümid verirmi? Millimizin seçmə mərhələdəki çıxışına nəzər salanda hansı müsbət amillər ön plana çıxır?
Bu barədə AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqovun fikirlərini öyrəndik.
O, əvvəlcə vurğulayıb ki, millimiz əvvəlki matçlarla müqayisədə son oyunlarda daha istəkli çıxış edib: "Mən razılaşıram ki, Ayxan Abbasovun rəhbərliyi altında komandaya milli ruh qayıdıb. Yığmamız istəkli görünür. Santuşun baş məşqçiliyi altında ruhsuz komandanın şahidi olmuşuq. Məzmunlu bir oyun görməmişdik. Başa düşürdük ki, seçmə mərhələdə qrupumuz çətindir. Ayxan Abbasov çox çətin məqamda, çəkinmədən bu yükü üzərinə götürdü. Bir yerli mütəxəssis, azərbaycanlı, vətənini sevən insan kimi yükü çiyinlərinə aldı. Layiqincə, komanda ilə sona qədər mübarizə aparır. Bunların hamısı müsbət tərəflərdir. Amma oyun planına gəlincə, baş məşqçi də vurğulayıb ki, səbrli olmalıyıq, xeyli çalışmalıyıq. Bu, təkcə milli səviyyəsində yox, klub səviyyəsində də olmalıdır. O zaman biz istədiyimiz millini görəcəyik".

Vaqif Sadıqov
V.Sadıqov futbolumuzun inkişafı üçün əsas olan amillərdən söz açıb: "Mən illərdir deyilən fikirlərə bir də qayıtmaq istəyirəm: Uğura gedən yol bir neçə amildən asılıdır. İlk növbədə futbolun ölkədəki möqeyidir. Bu gün futbol dünyanın əsas idman növüdür. Elə ölkəmizdə də futbola bir nömrəli idman növü kimi dəstək göstərilir. Təkcə bunu demək bəs edər ki, Premyer Liqadan Region Liqasına qədər bütün klublara dövlət tərəfindən maliyyə dəstəyi olur.
İkinci növbədə infrastruktur amilidir. Son illərdə xeyli stadion tikilib, meydançalar salınıb. Yeni strategiyada da gələcəkdə infrastrukturu daha da yaxşılaşdırmaq barədə təkliflər olacaq. Meydançalar salınacaq, stadionlar tikiləcək. Bu da bizə imkan verəcək ki, istəklərimizə nail olaq.
Üçüncü amil ənənədir. Hərdən oxuyursan, müzakirə obyektinə çevrilir ki, azərbaycanlılar futbol oynaya bilmirlər. Elə SSRİ dövründən tutmuş, müstəqillik dövrünə qədər seçilən futbolçularımız var idi. O vaxt SSRİ yığmasına dəvət alırdılar. Müstəqillik dövrümüzdə də səviyyəcə üstün olan oyunçularımız üzə çıxmışdı. Adlar çəkmək istəmirəm. Amma xeyli futbolçu var idi. Bunlar önəmlidir. Bizdə futbol ənənəsi, bacarığı var.
Sonuncu amil isə keyfiyyətli futbolçuların çoxluğudur. Heyf ki, bu məqamda hazırda böhran keçiririk. Azərbaycan futbolu indiki halda kasad heyətə malikdir. Dövlətin futbola qayğısını, infrastrukturun yaxşılaşdırılmasını, strategiya planını, ənənəmizin olduğunu nəzərə alaraq, inanıram ki, tezliklə yeni-yeni səviyyəli, keyfiyyətli simaların şahid olacaq. İndi Ayxan Abbasovla tamamilə razılaşıram. Səbrli, təmkinli, seçdiyimiz yolda iradəli olmalıyıq".

Mütəxəssis sonda milliyə gənc, yeni futbolçuların dəvət almasından və debüt etməsindən danışıb: "Ayxan Abbasov milliyə təyin olunanda artıq nəsil dəyişikliyinin vaxtı gəlmişdi. Artıq müəyyən futbolçular öz yerlərini gənclərə təhvil verməlidirlər. Ayxan Abbasov da milliyə yeni adları cəlb etməklə gələcəkdə rəqabətə davamlı komandalar yaratmaq istəyir. Bunu müsbət qarşılayıram. Həmin uşaqların debütləri çox uğurlu alındı. Abdulla Xaybullayev, Rüfət Abdullazadə, Mustafa Əhmədzadə, Rüfət Abbasov öz oyunları ilə təsdiq etdilər ki, baş məşqçi düzgün qərar verib. Gələcəkdə də bu futbolçulara yola çıxmaq mümkün olacaq. Onların hər birinə uğurlar arzulayıram. Düzdür, millidə pasporta, yaşa yox, gücə baxmaq lazımdır. Amma hiss olunurdu ki, bu gənclər hazırkı zamanda millinin gücünə güc qatacaqlar. Biz yalnız bu mərhələni təhlil etməməliyik. Gələcəyə inamla baxmaq üçün iş görməliyik. Keyfiyyətli və səviyyəli futbolçuların qıtlığı hiss olunur. Bu yöndə görülən işlər çox vacibdir. Ayxan Abbasov da göstərdi ki, milliyə yeni futbolçular dəvət edərək gələcəyə inamla baxa bilərik".
Nur Zeynalova
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

Baş məşqçi onun milliyə getməsinə razı deyil
“Arsenal”ın şikayəti rədd edildi
“Artıq bu məsələni bağlamalıyıq”
“El-Klasiko”da qalmaqal: azarkeşi ağır cəza gözləyir
Azərbaycan millisi Vyetnama uduzdu
Baş məşqçidən tənqidlərə cavab
Könül Əliyeva “Böyük Dəbilqə”də tarix yazdı
“Qarabağ”dan 7 dəfə bahadır, amma nəticələri eynidir!
“Yuventus”da gərginlik: rəhbərlik dəyişiklik tələb edir
PSJ-nin zədəli futbolçularından xəbər var
1/8 finalın bütün cütləri - Azərbaycan kuboku
Azərbaycan kubokunda son 1/8 finalçılar da bilindi
La Liqa oyunları bir dəqiqəlik sükutla başlayacaq
Qurban Qurbanov Uşaq Klinikasını ziyarət edib - Şəkillər
Əfsanəvi futbolçu Bakıda - Şəkil
İngiltərə Liqa kubokunda 1/4 finalın püşkü atıldı
“Bornmut” nəhəngləri də qapısına yaxın buraxmır
Oyun vaxtı telefona baxmasalar, hədiyyə qazanacaqlar
“Rəqib “Araz-Naxçıvan”dan üstün deyildi”
Kompaninin durumu açıqlandı
Vitse-prezident istefa verdi - İnfantinoya görə
Azərbaycan Cüdo Federasiyası Olimpiya hədəfini açıqladı
Misli Premyer Liqasında həftənin hakimləri
"Araz-Naxçıvan"ın məşqçisindən məğlubiyyət açıqlaması
La Liqa klubu yeni baş məşqçisini açıqladı
Azərbaycan millisi Mozambikə qarşı
"Bavariya" "Ayaks"la qarşılaşacaq
"Liverpul" "Çelsi"ni mübarizədən belə kənarlaşdırdı - Video
"Milan" da uduzdu, "Yuventus" da
"Kəpəz" 1/8 finala belə yüksəldi - Video
Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşdi
"Şəfa"nın 9 qollu qələbəsi - Video
“Yetirmələrimizə şans verməyə çalışdıq” - Azər Məmmədov
“Real” azarkeşi “Barselona”nın stadionundan qovuldu
FİFA mundial biletlərindən milyardlar qazandı
“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov
Azərbaycan kubokunda növbəti 1/8 finalçılar məlum oldu
Neymarın cəzası bilindi
Baş məşqçinin problemi bəlli deyil
Azərbaycan millisi Cəbəllütariqə qalib gəldi
“Araz-Naxçıvan” Çempionlar Liqasında məğlub oldu
Güclü yağışa görə matç təxirə salındı
İspanların 400 minlik təklifini geri çevirdi
"Qarabağ" "Dinamo" Zaqrebə uduzdu