Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı
2-ci hissə
Misli Premyer Liqasında 2024/25 mövsümü başa çatdı. 36 turun matçları həm də rəngarəng məqamlarla diqqət çəkdi. 2024/25 mövsümü ərzində Premyer Liqa komandalarının heyətində yeni adlarla qarşılaşdıq. Söhbət azərbaycanlı gənc futbolçulardan gedir.
Azərbaycan futbolunda ciddi oyunçu çatışmazlığını nəzərə alsaq, gənc futbolçuların Premyer Liqada debütünü, oyun şansı almağını görmək əlbəttə ki, futbol ictimaiyyətini sevindirir.
Bugünkü mövzumuz da Misli Premyer Liqasının 2024/25 mövsümündə Premyer Liqada üzə çıxan gənclərimizə həsr olunub.
Həmsöhbətimiz, Azərbaycanın Əməkdar məşqçisi Ağasəlim Mircavadov mövzu haqda fikirlərini bölüşüb.
Mütəxəssis gənc futbolçuların ortaya çıxmağı üçün onların məşqçilərlə birgə işləməli olduqlarını söyləyib: "Meydana çıxan gənclərimiz oldu. Amma mütəmadi oynamadılar. Gənc futbolçunun davamlı oynamağı üçün həm özünün, həm də məşqçinin birgə əməyi olmalıdır. Futbolçunun psxiologiyası burada böyük rol oynayır. Gənc futbolçunu hazırlamaq vaxt aparır. Çempionatımızda ilk 4 pillə uğrunda mübarizə aparmayan klublar əksər hallarda cavanlara şans verirlər. Məlum məsələdir ki, gənclərlə nəticə qazanmaq çətindir. Amma cavanlara şans vermək, onları hazırlaşdırmaq əlbəttə ki, yaxşıdır. Məşqçi amili də böyük rol oynayır. Gənc futbolçunun özü də get-gedə artırmalıdır. Hal-hazırda bizdə güclü gənclər çox deyil. Az oyun şansı qazanırlar".
A.Mircavadov gənc futbolçuların oyununun onu qane etmədiyini deyib: "Gənclər var, amma mənim istədiyim səviyyədə deyillər. Ola bilər ki, hansısa futbolçu bir oyunda çıxır, fərqlənir. Bu, başqa məsələdir. "Sabah" Xəyal Əliyevi hazırladı, milli səviyyəsinə qədər gətirdi. Amma gəlin belə düşünək ki, Xəyal yığmada necə oynayır? Samir Abasov Ağadadaş Salyanskiyə tez-tez şans verdi. İnanır, ona görə meydana buraxır. Məşqçi futbolçuya inanmalıdır. Çox qəribə haldır... La Liqaya baxırsan, klublardakı gənc futbolçular çox seçilirlər. Bizdə futbolçuların keyfiyyətlərini ortaya çıxartmaq lazımdır. Bu da məşqçilərin işidir. Gənc futbolçular nadir hallarda stabil çıxış edirlər. Bizim gənclərlə İspaniyanın cavan futbolçuları arasındakı fərq həddindən artıq böyükdür. Dünya görüşü, oyunu oxumaq, meydanda öz güclü qabiliyyətlərini göstərmək..."
A.Miecvadov vurğulayıb ki, legioner limitinin aradan qaldırması gənclərə mane ola bilər: "Gənclərə inanmaq və onların üzərlərində işləmək lazımdır. Klublar qarşılarına hədəf qoymalıdırlar ki, biz azərbaycanlı uşaqları inkişaf etdirməliyik. Xarici klublar bu işə artıq biznes kimi baxırlar. Futbolçuları yetişdirirlər, satırlar. Futbolçu məhsuldur də. Bəs bizim məhsulumuza xaricdə ehtiyac var? Limit olmayacaq. Cavanlar harada oynayacaqlar? Onlara ehtyac olacaqmı? Bir qapını bağıayanda o birini açmaq lazımdır. Mən limitin ləğvinin tərəfdarı deyiləm. Çünki biz o səviyyəyə çatmamışıq. Aşağı yaş qruplarından ibarət komandaları inkişaf etdirsəydik, qarşıdakı hansısa ildə limiti ləğv edə bilərdik. İndiki halda gənclərin şans qazanıb-qazanmayacağı sual altındadır".
Nur Zeynalova
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

Birlikdə 100 qol vurdular
Alvares La Liqadan gedəcək?
"Atletiko" - "Arsenal" matçının start heyətləri açıqlandı
Muradov başladı, Cəfərli bitirdi
FİFA DÇ-2026-nın mükafat fondunu artırdı
"Şahdağ Qusar" və "Zaqatala"dan qələbə, "Şəfa" xal itirdi
Rəqibə yumruq atan futbolçu sərt cəzalandırıldı
"Qolların hamısını dəf etmək çətin idi"
4 illik diskvalifikasiya olundu
Zidanın oğlu sıradan çıxdı
Hakimi yarımfinal matçını buraxa bilər
Qapını 70 yaşlı qapıçıya həvalə edəcəklər
Türkiyə Kubokunda finalın vaxtı və yeri dəyişdi
"Neftçi" - "Qarabağ" oyununun hakimləri açıqlandı
“Qarabağ” portuqaliyalı futbolçu ilə maraqlanır
Fransa klubunda baş məşqçi ayrılığı
"Bayer"lə yeni müqavilə bağladı - Rəsmi
AFFA İntizam Komitəsinin qərarları
Noyer ÇL antirekordunu təkrarladı
AFFA-nın vitse-prezidenti "Nou Kamp"dakı oyuna təyinat aldı
FİFA futbola məcburi 1 yerli gənc oyunçu limiti gətirir
Azərbaycan millisi UEFA İnkişaf Turnirində iştirak edəcək
Kompani PSJ ilə oyun və şansları haqda
Keyn Cerrardın rekordunu qırdı
Azərbaycanı "Böyük Dəbilqə"də kimlər təmsil edəcək?
"Atletiko" - "Arsenal" oyununu yayımlayacaq kanallar
Hacı Əliyevin ad günündə kimlər var idi? - Video
"Bavariya" son dəfə 31 il əvvəl 5 qol buraxıb
Enrike ilə Kompani arasında maraqlı dialoq - Video
Parisdə “qol yağışı” - Video
Luis Enrike: “Bu, məşqçi karyeramdakı ən yaxşı oyun idi”
Çempionlar Liqasında belə hesab olmayıb
PSJ - “Bavariya” matçında 9 qol
Kvaratsxeliya PSJ-nin tarixinə düşdü
Premyer Liqa matçlarının tarixləri dəyişdirildi
Şəmkirdə vurulan 7 qol - Video
PSJ - "Bavariya" matçının heyətləri açıqlandı
Kurtua "El-Klassiko"ya hazırlaşır
FİFA-nı sülh mükafatını ləğv etməyə çağırdı
"Qalatasaray"ın hücumçusunu polisə şikayət etdilər
“Xankəndi” - “Qaradağ Lökbatan” matçından - Video
"Barselona" yenidən "Kamp Nou"nu tərk etməli olacaq