“Qarabağ”ın legioneri millidə qol ötürməsi etdi - Video

“Qarabağ”ın legioneri millidə qol ötürməsi etdi - Video
VİDEO 13 Noyabr 2026 / 08:55 410
-  A +

“Qarabağ”ın futbolçusu Marko Yankoviçin üzvü olduğu Monteneqro millisi UEFA Millətlər Liqasında növbəti oyuna çıxıb.

QOL.az xəbər verir ki, öz meydanında Latviyanı qəbul edən komanda 2:1 hesabı ilə qalib gəlib.

Yankoviç matça start heyətdə başlayıb və sona qədər oynayıb. O, 70-ci dəqiqədə Nikola Kristoviçin hesabı açdığı qolda künc zərbəsindən məhsuldar ötürmə müəllif olub. 

Qeyd edək ki, Monteneqro qrupda 13 xalla birinci yerdədir.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner