"Mançester Yunayted" rəhbərliyini sərt tənqid etdi - "Bu, iyrəncdir"

"Mançester Yunayted" rəhbərliyini sərt tənqid etdi - "Bu, iyrəncdir"
DÜNYA FUTBOLU 13 Noyabr 2026 / 10:10 101
-  A +

"Mançester Yunayted"in canlı əfsanələrindən olan Qari Nevill klub rəhbərliyini sərt tənqid edib.

QOL.az xəbər verir ki, o, “Sky Sports”a açıqlamasında "Mançester Yunayted" rəhbərliyinin baş məşqçi Maykl Kerrikə qarşı davranışını qəbuledilməz adlandırıb.

“Son 24-48 saat ərzində baş verənlər sadəcə olaraq qəzəbləndiricidir. Klubun sahibləri və rəhbərliyi Monakodadır, klubun əfsanəsi olan baş məşqçi isə meydanda məşq keçirir. Eyni zamanda klub nümayəndələri Maurisio Poçettino ilə əlaqə yaratmaq üçün ABŞ Futbol Federasiyası ilə danışırlar. Bu, sadəcə iyrəncdir.

Belə davranış istənilən biznes və ya sənaye sahəsində qəbul edilmiş standartlara uyğun deyil. Başqa şəraitdə bu, istefaya məcburetmə kimi qiymətləndirilər və məhkəmə iddiasına səbəb olardı" - deyə Nevill bildirib.

Xatırladaq ki, "Mançester Yunayted" ötən gün Maykl Kerrikin istefaya göndərildiyini açıqlayıb. "Qırmızı şeytanlar" İngiltərə Premyer Liqasının turnir cədvəlində 10 turdan sonra 8 xalla 18-ci pillədə qərarlaşıb. 

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner