Premyer Liqanın ən yaxşı futbolçusu seçildi

Premyer Liqanın ən yaxşı futbolçusu seçildi
XƏBƏR 13 Noyabr 2026 / 18:16 109
-  A +

İngiltərə Premyer Liqasında oktyabr ayının ən yaxşı futbolçusu müəyyənləşib.

QOL.az xəbər verir ki, bu ada “Aston Villa”nın hücumçusu Nikolas Cekson layiq görülüb. O, 8 namizəd arasından azarkeşlərin səsverməsi nəticəsində qalib olub.

25 yaşlı hücumçu oktyabr ayında Premyer Liqada keçirdiyi 4 oyunda 4 qol vurub. Onun ən yaddaqalan çıxışı “Mançester Siti” ilə matça təsadüf edib. Cekson həmin görüşdə dubl edərək komandasının 2:1 hesablı qələbəsində mühüm rol oynayıb.

Cekson“Brentford” və “Fulhem”lə qarşılaşmalarda da fərqlənib.

Qeyd edək ki, bu, Ceksonun Premyer Liqada karyerası ərzində qazandığı ilk fərdi mükafatdır. 

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner