ÇL-də 9 qolla uduzan komandanın baş məşqçisi göndərildi

ÇL-də 9 qolla uduzan komandanın baş məşqçisi göndərildi
DÜNYA FUTBOLU 13 Noyabr 2026 / 09:23 129
-  A +

Fransanın "Lans" klubu baş məşqçi Yannik Kayuzakı vəzifəsindən azad edib.

QOL.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

41 yaşlı mütəxəssis komandaya sentyabr ayından başçılıq edirdi. Onun rəhbərliyi altında "Lans" bütün turnirlərdə 9 oyun keçirib, 3 qələbə qazanıb və 6 dəfə məğlub olub.

Kayuzakın komanda ilə vidalaşmasında əsas səbəb isə Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turunda evdə İtaliyanın "Komo" klubuna qarşı keçirilən matç olub. Noyabrın 4-də oynanılan həmin qarşılaşmada "Lans" rəqibinə 1:9 hesabı ilə uduzub. Bu nəticə klubun tarixində avrokuboklarda evdə aldığı ən iri hesablı məğlubiyyət kimi düşüb.

Qeyd edək ki, "Lans" Fransa Liqa 1-in turnir cədvəlində 10 turdan sonra 13 xalla 11-ci pillədə qərarlaşıb.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner