Sneyder bu kluba baş məşqçi təyin olundu

Sneyder bu kluba baş məşqçi təyin olundu
DÜNYA FUTBOLU 12 Noyabr 2026 / 21:37 315
-  A +

Niderland millisinin sabiq futbolçusu Vesli Sneyder məşqçilik karyerasına başlayıb. 

QOL.az xəbər verir ki, bu barədə “VI.nl” məlumat yayıb. O, ölkəsinin 9-cu liqasında çıxış edən “Eminent Boys”un baş məşqçisi olub.

Utrext təmsilçisində Sneyder qardaşı Rodni ilə birlikdə çalışacaq. Rodni komandanın futbolçusudur. Klub ötən mövsüm 10-cu liqanın qalibi olub. “Eminent Boys” bazar ertəsi baş məşqçi Mustafa Talha ilə yollarını ayırıb, Sneyder isə ertəsi gün komandanın məşqinə rəhbərlik edib. Hazırda komanda yarımqrupunda 5-ci pillədədir.

Qeyd edək ki, 2019-cu ildə karyerasını bitirən Sneyder “Real”, “İnter” və digər klublarda çıxış edib. O, Niderland millisində 134 oyun keçirib və 31 qol vurub.


Qarabağ FK
Son xəbərlər
topaz banner