“Sabah”ın qapıçısı millidə 2 qol buraxdı

“Sabah”ın qapıçısı millidə 2 qol buraxdı
DÜNYA FUTBOLU 14 Noyabr 2026 / 01:06 265
-  A +

Qazaxıstan millisi UEFA Millətlər Liqasının C Liqasında növbəti oyununa çıxıb.

QOL.az xəbər verir ki, komanda səfərdə Moldova ilə üz-üzə gəlib. Matç meydan sahiblərinin qələbəsi ilə başa çatıb. 

Moldova - Qazaxıstan - 2:1
Qollar:
Popesku, 39 (1:0). Çesnokov, 51 (1:1), Popesku, 77 (2:1)

Qazaxıstan millisinə dəvət alan “Sabah”ın qapıçısı Stas Pokatilov da bu oyunun iştirakçısı olub. O, meydana start heyətində çıxıb və görüşü əvəzolunmadan keçirib. 

Moldova yığmasına çağırılan “Turan Tovuz”un müdafiəçisi Denis Marandiçi isə əvvəldən sona kimi görüşü ehtiyatdan izləyib. 

Qeyd edək ki, bu nəticədən sonra Moldova millisi 7 xalda qrupda ikinci, Qazaxıstan isə 2 xalla dördüncüdür. 

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner