Brunu Fernandeş klubun təklifini yenə rədd etdi

Brunu Fernandeş klubun təklifini yenə rədd etdi
DÜNYA FUTBOLU 13 Noyabr 2026 / 12:25 121
-  A +

“Mançester Yunayted”in kapitanı Brunu Fernandeş klubun yeni müqavilə təklifini ikinci dəfə rədd edib

QOL.az xəbər verir ki, bu barədə “The Athletic” nəşri məlumat yayıb.

Tərəflər arasında yeni müqavilə ilə bağlı danışıqlar yay aylarından davam etsə də, hələlik razılıq əldə olunmayıb. 32 yaşlı portuqaliyalı yarımmüdafiəçinin hazırkı sözləşməsi 2027-ci ilin yayına qədərdir. Bununla belə, klubun müqaviləni daha bir mövsüm uzatmaq imkanı var.

Qeyd edək ki, Fernandeş 2020-ci ildən “Mançester Yunayted”də çıxış edir. O, cari mövsüm Premyer Liqada 9 oyuna çıxıb, 4 qol vurub və 2 məhsuldar ötürmə edib.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner